Milli Məclisin komitə iclaslarının vaxtı açıqlandı

Milli Məclisin komitə iclaslarının vaxtı açıqlandı
 

Milli Məclisin payız sessiyasının bəzi komitə iclaslarının vaxtı bəlli olub.

 

Sfera.az bildirir ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a deyib ki, Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq payız sessiyasının komitə iclasları sentyabrın 15-dən sonra müəyyənləşir:


"Deputatlar növbəti payız sessiyası üçün lazım olan qanun layihələrini  komitədə müzakirə edib plenar iclasa tövsiyə edəcəklər”.


Bəzi komitə sədrləri də Modern.az-a komitə iclasları barədə danışıb.


Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, ilk komitə iclası sentyabrın 17-də keçiriləcək.


Milli Məclisin Aqrar siyasət komitəsinin ilk iclası sentyabrın 20-də keçiriləcək. Komitə sədri Eldar İbrahimovun sözlərinə görə,  komitədə müzakirə olunacaq qanun layihəsi də bəllidir:

"Milli Məclisin payız sessiyasının komitə iclasında "Qida təhlükəsizliyi haqqında” qanun layihəsini iş planına salacağıq. Aqrar siyasət komitəsinin üzvləri ilə birgə müzakirə edəcəyik”


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki,  komitənin iclası sentybarın 20-dən sonra keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası  sentyabrın 30-da keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

"Boşanan insanlar təzyiqlərə məruz qalırlar, çünki..." - Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

"Boşanmaq ikinci ən stressli həyat hadisəsi hesab olunur və insanların emosional rifahına mənfi təsir göstərir. Çox saylı araşdırmalara görə boşanmala...

Azərbaycanda müəllim qəfil VƏFAT ETDİ - FOTO

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.   Məlu...

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...