Milli Məclisin deputatına üç ay ərzində 863 müraciət ünvanlanıb - VİDEO

Milli Məclisin deputatına üç ay ərzində 863 müraciət ünvanlanıb - VİDEO
 VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından keçən üç ay ərzində vətəndaşlar tərəfindən ünvanıma ümumilikdə 863 müraciət daxil olmuşdur. Onlardan 469-u (54.3%) birbaşa Qərargaha, 172-i telefon (19.9 %), 181-i (21%) sosial şəbəkələr vasitəsilə, 41-i (4.75%) isə yazılı ərizə formasında ünvanlanıb.

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Gənclər və İdman komitəsinin üzvü, deputat Könül Nurullayeva məlumat verib.

Onun sözlərinə görə, daxil olmuş müraciətlərin mövzular üzrə təhlili vətəndaşların əsas probleminin işsizlik, maddi yardım, torpaq sahəsinin ayrılmasına köməklik, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə ilə bağlı dəstək, təqaüdə çıxmağa köməklik, işlədikləri müəssisələrin rəhbərlərinin fəaliyyətindən şikayətlər və s. məsələlərlə bağlı olduğunu göstərir. Yazılı formada daxil olmuş 41 ərizə baxılaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına göndərilmişdir. Müraciətlərin 5-i Mərkəzi İcra Hakimiyyəti orqanlarına, 9-u Yerli İcra hakimiyyəti orqanlarına, 2-i Azərsu ASC və Azərişıq ASC-yə, 4-ü digər qurumlara göndərilmiş, 5 müraciət üzrə vətəndaşlara əsaslandırılmış cavablar verilmişdir, 16 müraciət isə icra mərhələsindədir. Eyni zamanda Nizami rayonu Q.Qarayev 2A ünvanında yerləşən Deputat Qərargahına vətəndaşlar tərəfindən birbaşa, telefon və sosial şəbəkələr vasitəsilə 822 sayda müraciət daxil olmuşdur".

Deputat bildirib ki, müraciətlər təkcə Nizami rayonu ilə məhdudlaşmamış, o cümlədən respublikanın müxtəlif bölgələrindən və rayonlarından da daxil olub: "Tibbi müayinə və müalicələrə köməklik göstərilməsi ilə əlaqədar müraciətlərə baxılmış,onların əksəriyyətinə köməklik göstərilmiş, eyni zamanda "Modern Hospital” klinikası ilə birgə layihə həyata keçirilərək, pandemiya dövründə yataq xəstəsi və yaşı 65-dən yuxarı müayinəyə ehtiyacı olan insanlarımızdan 25 nəfərinin evdə müayinəsi təmin olunmuşdur. Ötən dövr ərzində sosial qayğıya ehtiyacı olan insanlar tərəfindən edilmiş müraciətlərə diqqətlə yanaşılmış, səlahiyyətlərimiz daxilində onların problemlərinin həllinə nail olunmuş, ərazidə yaşayan aztəminatlı ailələr xüsusi diqqətdə saxlanılmışdır. Maddi yardım xahişləri ilə bağlı edilən 436 müraciət üzrə araşdırma aparılmış və son dərəcə ehtiyacı olan, pandemiya dövründə işini itirmiş, yaşı 65-dən yuxarı və tənha yaşayan, bir neçə xroniki xəstəliklərdən əziyyət çəkməklə koronavirusa yoluxma riski yüksək olan kimsəsizlərə və aztəminatlı ailələrə ötən dövr ərzində dəfələrlə ərzaq yardımı göstərilmiş, 98 nəfərə isə birdəfəlik maddi yardım edilmişdir. Bundan başqa, Nizami rayonunda fəaliyyət göstərən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının üzvlərinə, Çernobıl Cəmiyyəti üzvlərinə, Nizami Rayon Ağsaqqallar Şurasının, Nizami rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının üzvlərinə Novruz və Ramazan bayramlarında, Azərbaycan Rus İcması Nizami rayon təşkilatının üzvlərinə "Pasxa” bayramında ərzaq yardımı göstərilmişdir".

"Ümumilikdə hesabat verdiyimiz 3 ay ərzində 24 saylı Nizami birinci seçki dairəsinin ərazisində 2740 nəfər olmaqla ehtiyacı olan aztəminatlı ailələrə və cəmiyyət üzvlərinə ərzaq yardımı göstərilmiş, fərdi müraciətlər əsasında isə 98 nəfərə birdəfəlik maddi yardım göstərilmişdir. Bəzi müraciətlərin təmin edilməməsinin əsas səbəbi xahişlərin qeyri-real olmasıdır. Bunlara Bakı şəhərində mənzil alınmasına yardım, fərdi yaşayış evinin və obyekt tikintisi üçün torpaq sahəsinin ayrılması, ev tikilməsi, xarici ölkələrdə müalicə və s. kimi müraciətləri aid etmək olar", - K.Nurullayeva qeyd edib.

O deyib ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra aprel ayının əvvələrindən başlayaraq vətəndaşların qəbulu onlayn şəkildə və Deputat Qərarghaında həyata keçirilib: "Hesabat dövrü ərzində görüşlərin ikisi canlı olmaqla ümumilikdə 8 qəbul təşkil edilmiş və 108 vətəndaşımızın problemləri dinlənilmişdir. Vətəndaşların müraciətlərinə baxılarkən "Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunmuş, daxil olmuş müraciətlərə mahiyyəti üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə baxılmış, müraciətlərin aidiyyəti üzrə müvafiq strukturlara göndərilməsi, əsassız tələblərlə əlaqədar vətəndaşlara izahlar verilməsi təmin edilmişdir".

K.Nurullayeva hesabat dövründə bir neçə sosial layihənin də həyata keçirildiyini vurğulayıb: "Bunlar "Bir donor, iki həyat” qanvermə aksiyası, "Modern Hospital” klinikası ilə birgə layihə çərçivəsində evdə müayinə, "Yaradıcılığı evdə öyrən” Mədəniyyət Nazirliyi ilə birgə layihə, "Ehtiyacı olanlara öz payından pay ver” sosial aksiyasıdır. İyunun 8-dən isə "Gənclər üçün yay təcrübə məktəbi” layihəsinə start verilib".



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...