Milli Məclisin deputatı Pərvin Kərimzadə şəhidlərin anım mərasimində iştirak etdi - FOTOLAR
Oktyabrın 19-da 44 günlük Vətən müharibəsində böyük igidlik və rəşadət göstərmiş Əhmədov Amal Rauf oğlu və Həsənov Orxan Bakir oğlunun şəhadətlərinin ildönümünü ilə əlaqədar anım mərasimi keçirilib.
Şəhidlərin ailə üzvləri ilə birgə keçirilən mərasimdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əhmədov Amal Rauf oğlu 3 may 1996-cı ildə Rusiyanın Tver şəhərində anadan olub. 2002-2013-cü illərdə Gəncə şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub. 2014-cü ildə təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. 10 yaşından atasını itirən Amal daha sonra ailənin bütün yükünü çiyinlərində daşıyıb. Sentyabrda Vətən müharibəsinə yollanan Amal Cəbrayılda, Füzulidə döyüşüb. 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Həsənov OrxanBakir oğlu 1991-ci ilmayın 9-daGəncəşəhərində anadan olub. 2009-2011-ci illərdəAzərbaycan Silahlı Qüvvələrininsıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusununçavuşu olan Orxan Həsənov 2020-ci il sentyabrın 27-dəAzərbaycan Silahlı QüvvələritərəfindənErmənistanişğalı altında olan ərazilərin azad edilməsi vəAzərbaycanınərazi bütövlüyünün bərpa olunması üçün başlananVətən müharibəsizamanıCəbrayılınvəFüzulinin azadlığı uğrunda gedən döyüşlərdəsavaşıb. Orxan Həsənov oktyabrın 16-daFüzuli döyüşlərizamanı şəhid olub.Oktyabrın 19-da Gəncəşəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra"Vətən uğrunda" ,"Döyüşdə fərqlənməyə görə”,"Cəbrayılın azad olunmasına görə" medalılarıilə təltif edilb.
Anım günündə iştirak edənlər rəşadətli Ordumuzun qəhrəmanlığından, Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik məharətindən, xalqımızın müharibədə nümayiş etdirdiyi birliyinin müharibədə oynadığı mühüm rolundan bəhs ediblər.
Şəhid və qazi ailələri daim dövlətimizin qayğısı ilə əhatə olunub. şəhidlərimizin xatirəsi həmişə yaşayacaq, xidmətləri heç vaxt unudulmayacaq.