Milli Məclisin deputatı Pərvin Kərimzadə şəhidlərin anım mərasimində iştirak etdi - FOTOLAR

Milli Məclisin deputatı Pərvin Kərimzadə şəhidlərin anım mərasimində iştirak etdi - FOTOLAR

Oktyabrın 19-da 44 günlük Vətən müharibəsində böyük igidlik və rəşadət göstərmiş Əhmədov Amal Rauf oğlu və Həsənov Orxan Bakir oğlunun şəhadətlərinin ildönümünü ilə əlaqədar anım mərasimi keçirilib.


Şəhidlərin ailə üzvləri ilə birgə keçirilən mərasimdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Əhmədov  Amal Rauf oğlu 3 may 1996-cı ildə Rusiyanın Tver şəhərində anadan olub. 2002-2013-cü illərdə Gəncə şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub. 2014-cü ildə  təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. 10 yaşından atasını itirən Amal daha sonra ailənin bütün yükünü çiyinlərində daşıyıb. Sentyabrda Vətən müharibəsinə yollanan Amal Cəbrayılda, Füzulidə döyüşüb. 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.


Həsənov OrxanBakir oğlu 1991-ci ilmayın 9-daGəncəşəhərində anadan olub. 2009-2011-ci illərdəAzərbaycan Silahlı Qüvvələrininsıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusununçavuşu olan Orxan Həsənov 2020-ci il sentyabrın 27-dəAzərbaycan Silahlı QüvvələritərəfindənErmənistanişğalı altında olan ərazilərin azad edilməsi vəAzərbaycanınərazi bütövlüyünün bərpa olunması üçün başlananVətən müharibəsizamanıCəbrayılınFüzulinin azadlığı uğrunda gedən döyüşlərdəsavaşıb. Orxan Həsənov oktyabrın 16-daFüzuli döyüşlərizamanı şəhid olub.Oktyabrın 19-da Gəncəşəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra"Vətən uğrunda" ,"Döyüşdə fərqlənməyə görə”,"Cəbrayılın azad olunmasına görə" medalılarıilə təltif edilb.

 

Anım günündə iştirak edənlər rəşadətli Ordumuzun qəhrəmanlığından, Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik məharətindən, xalqımızın müharibədə nümayiş etdirdiyi birliyinin müharibədə oynadığı mühüm rolundan bəhs ediblər.


Şəhid və qazi ailələri daim dövlətimizin qayğısı ilə əhatə olunub. şəhidlərimizin xatirəsi həmişə yaşayacaq, xidmətləri heç vaxt unudulmayacaq.

 


OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...