Milli Məclisdə parlamentin buraxılması müzakirəyə çıxarıldı - SON DƏQİQƏ

Milli Məclisdə parlamentin buraxılması müzakirəyə çıxarıldı - SON DƏQİQƏ
 

"Cənab Prezident tərəfindən həyata keçirilən struktur islahatları yeni mərhələyə qədəm qoyub. Aparılan islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır”.

 

APA-nın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.


O bildirib ki, noyabrın 28-də Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciət ediblər: "Konstitusiyaya uyğun olaraq Milli Məclisin bu məsələyə baxıb, müzakirə etmək hüququ var.Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatlarındərinləşməsi, parlamentin yeniləşməsini zəruri etmişdi”.


OXŞAR XƏBƏRLƏR