Sİyasət

Milli Məclis koronavirusa görə iclaslara fasilə verəcək – DEPUTATLARDAN AÇIQLAMA

Milli Məclis koronavirusa görə iclaslara fasilə verəcək – DEPUTATLARDAN AÇIQLAMA

"Koronavirus səbəbindən Mlli Məclisin iclaslarına fasilə verilməlidir”.


Sfera.az-a açıqlamasında bu sözləri koronavirusun genişlənməkdə olması səbəbindən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının təxirə salınması kimi, Milli Məclisin iclaslarına da fasilə verilməsinin vacibliyinə toxunarkən deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib:

 

"Koronavirusla bağlı parlamentin də fəaliyyətində fasilə elan edilməsinə böyük ehtiyac var. Müvafiq qurumlar ərəfindən bununla bağlı qərarlar verilib. Milli Məclis bu gün pandemiya və epidemiya ilə bağlı müvafiq qanunlara dəyişikliyi qəbul edəcək. Azərbaycan beynəlxalq norma və protokollara uyğun olaraq bu istiqamətdə ciddi addımlar atmalıdır. Ona görə bir müddət Milli Məclisin də iclasları keçirilməyəcək”.


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da hesab edir ki, Milli Məclis tətilə getməlidir: "Ancaq öncə bununla bağlı qanun qəbul olunmalıdır. Çox güman ki, parlamentin fəaliyyətinə fasilə veriləcək. Ancaq yekun qərar Mili Məclisdəki müzakirələrdən asılı olacaq. Şəxsən mən parlamentin iclaslarına müəyyən müddətə fasilə verilməsinin tərəfdarıyam”.

 

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930