No Image
No Image

Millət vəkilindən karantin rejiminin yumşaldılması ilə bağlı açıqlama - VİDEO

Millət vəkilindən karantin rejiminin yumşaldılması ilə bağlı  açıqlama - VİDEO
Ötən ay ölkədə gün ərzində 5000-ə yaxın yoluxma qeydə alınırdı. İndi isə həm yoluxma kəskin azalıb, həm də ölüm halları aşağı düşüb.

Millət vəkilləri hesab edirlər ki, yoluxma azaldığı üçün sərtləşdirilmiş karantin rejmi yumşaldıla bilər.

Məlahət İbrahimqızı bildirib ki, yaxın dövrdə virus əleyhinə kütləvi peyvəndləmənin həyata keçiriləcəyini nəzərə alsaq məhdudiyyətlərin aradan qaldırılacağı ehtimalları yüksəlir.

Dekabr ayında ölkəmizdə koronavirusa yoluxanların sayı pik həddə çatmışdı. İndi isə həm yoluxma, həm də ölüm sayında ciddi azalmalar müşahidə edilir.

Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, ötən ay gündəlik 5000-ə yaxın olan yoluxmanın təxminən 9-10 dəfə azalaraq 3 rəqəmli saya düşməsi sərtləşdirilmiş karantin rejminin 18 yanvar tarixindən yumşaldıla biləcəyindən xəbər verir.

Millət vəkili deyir ki, ölkəmizdə koronavirusa qarşı peyvəndləmə yaxın vaxtlarda start götürəcək. Çünki Çindən alınmış peyvənd materialları artıq gətirilib. Vaksinasiya prosesinə ilk növbədə əhalinin həssas qrupundan başlanacaq.

Millət vəkili hesab edir ki, kütləvi peyvəndləmədən sonra yaxın aylar ərzində ölkədə həyat normala dönə bilər.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ramin Bayramlı vaksinin əlavə təsirlərini AÇIQLADI - VİDEO

''Azərbaycana gətirlən koronavirus vaksinləri tam təhlükəsizdir. Bunu Türkiyədə keçirilən lobaratoriya sınaqlarının nəticəsinə əsasən demək olar''. Sfera....

Metro işləyəcək? – QƏRAR

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər K...

TƏBİB-dən vaksindən ölümə görə kompensasiya ilə bağlı iddialara MÜNASİBƏT

TƏBİB son günlər sosial şəbəkələrdə yeni növ koronovirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq ediləcək vaksinlərin təhlükəli olması və postvaksional ağırla...

Nazirlər Kabineti Azərbaycanda insanların vaksinasiya olunacağı vaxtı AÇIQLADI

"Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə yoluxmaların sayında artım müşahidə edilirdi”. Sfera.az  xəbər ...

Millət vəkilindən karantin rejiminin yumşaldılması ilə bağlı açıqlama - VİDEO

Ötən ay ölkədə gün ərzində 5000-ə yaxın yoluxma qeydə alınırdı. İndi isə həm yoluxma kəskin azalıb, həm də ölüm halları aşağı düşüb. Millət vəkilləri hesa...

"2021-ci ildə bütün dünya Qarabağın dirçəlişinə şahid olacaq" – Hansı layihələr reallaşacaq?

44 gün davam edən və Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşan Vətən müharibəsindən sonra qarşıda böyük quruculuq işləri dayanır. Belə ki, Qarabağ və işğalda...