Millət vəkili: “Yanacaq və digər enerji daşıyıcılarının qiymətləri ilə bağlı çıxışlar populist xarakterlidir”

Millət vəkili: “Yanacaq və digər enerji daşıyıcılarının qiymətləri ilə bağlı çıxışlar populist xarakterlidir”
Koronavirus infeksiyasının yayıldığı bu günlərdə bəzi ekspertlər təbii qazın, benzinin qiymətlərinin aşağı salınmasını təklif edir. Lakin əksər ekspertlər hesab edir ki, havaların isinməsi ilə qaz sərfiyyatı azalır və tarifin aşağı salınması əhalinin büdcəsinə böyük təsir göstərməyəcək.

Bundan başqa, xüsusi karantin rejimi dövründə bəzi işlərin evdən görüldüyü, əksər insanların evdə olduğu nəzərə alınsa, ölkədə benzin sərfiyyatının da kəskin azaldığı müşahidə olunar. Benzinin tarifində də hər hansı endirim tətbiq olunması əhalinin xərclərinə təsir etməyəcək. Yəni koronavirus infeksiyasının yayıldığı bir vaxtda bu məsələlərin iqtisadi əsası yoxdur.

Milli Məclisin deputatı Aydın Hüseynov da bildirib ki, indiki halda yanacağın və digər enerji daşıyıcılarının qiymətləri və bu kimi əsaslandırılmayan çıxışlar sadəcə olaraq populist xarakter daşıyır: "İndiki halda bəzi ekspertlər populist fikirlər səsləndirir. Bu kimi çıxışların əksəriyyətinin iqtisadi əsaslandırılması yoxdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fundamental qabaqlayıcı tədbirlər həyata keçirilir. Hökumət tərəfindən də bu addımlar ardıcıl şəkildə həyata keçirilir. Görülən işləri və tədbirləri çox qənaətbəxş hesab edirəm”.

Onun sözlərinə görə, artıq Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa tapşırığı ilə ölkə iqtisadiyyatını təhdid edəcək amillərin qarşısının alınması üçün kompleks tədbirlər planı həyata keçirilir: "Eyni zamanda, dövlət başçısının tapşırığı ilə Koronavirusla Mürarizəyə Dəstək Fondu yaradılıb”.
Millət vəkili deyir ki, bütün bu addımların hamısı onu göstərir ki, ölkədə iqtisadiyyatın tənzimlənməsi istiqamətində fundamental işlər görülür: "Sahibkarlara hansı zərərlərin dəyə biləcəyi və onların kompensasiya edilməsi ilə bağlı qabaqlayıcı addımlar həyata keçirilir. Bütövlükdə iqtisadiyyata təsir edə biləcək bütün amillər elmi şəkildə bütün sahələr üzrə araşdırılıb, hesablanıb. Bu gün bütün bu tədbirlər həyata keçirilir”.
O bir daha qeyd edib ki, dövlət büdcəsindən Prezident İlham Əliyevin tapşırığı ilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb: "Hesab edirəm ki, ölkə başçısının rəhbərliyi ilə dövlət tərəfindən görülən işlər yüksək səviyyədədir. Hesab edirəm ki, bu gün əsaslandırılmayan populist fikirlər yox, "Evdə qal” fikirini əməl etmək və aşılamaq daha yerinə düşər”. 
 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "İnfrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var"

Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layih...

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota MÜƏYYƏNLƏŞDİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb.   Sfera.az xəbər verir ki...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Azərbaycanda tibbi maska istehsalı ARTDI

Bu il Azərbaycanda tibbi maska istehsalında kəskin artım müşahidə edilir.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin birinci ...

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında&...

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı FƏRMAN İMZALANDI

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bunun...