Millət vəkili virusun çox yayılmasının səbəbini tapdı, çıxış yolunu göstərdi

Millət vəkili virusun çox yayılmasının səbəbini tapdı, çıxış yolunu göstərdi
 "Çıxış yolu qanunun yerinə yetirilməsinə ciddi nəzarət edilməsi, hətta qanunun sərtləşdirilməsidir".

Sfera.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, koronavirusa qarşı mübarizə bu gün bütün bəşəriyyətin gündəliyində duran bir nömrəli məsələdir:

"Bu problemin həll edilməməsi sivilizasiyanın bütün nailiyyətlərini ciddi təhlükə altına alınmış olur. Bu problemlə Azərbaycanda da ciddi mübarizə aparılır. Məhdudlaşdırıcı tədbirlər sisteminin tətbiqi xəstələrin müalicəyə alınması problemi bütün cəmiyyətə yayılmasının qarşısını alır. Bununla belə, hələ də gündəlik bu xəstəliyə yoluxanların sayı çox yüksəkdir. Karantinə alınan bölgələrin sayı durmadan artır. Bunun səbəblərinin araşdırılması isə məsələnin kökündə heç də hər kəsin karantin rejimi tələblərinə riayət etməməsinin olduğunu göstərir. İcitimai yerlərdə tibbi maska taxılması, sosial məsafənin gözlənilməməsi çox təəsüf ki, çox yayılıb. Hər birimiz hər gün bunun şahidi oluruq". 

Aydın Mirzəzadə qeyd edib ki, ölkəmizdə 15 mindən çox insan bu xəstəliyə yoluxub: 

"Son dövrlərdə tibbi maska taxılmamasına görə cərimlərin tətbiqi hər kəsi ictimai yerdə tibbi maska taxmağa məcbur edə bilmir. Müxtəlif bəhanələr gətilir, ən qəribəsi isə bir çoxlarının üzlərinə deyil, çənələrinə maska taxaraq polis görən kimi maskanı yuxarı qaldırmalarıdır. Bununla kimisə aldatmaq olar, amma koronavirus hiylə tanımır və kiçik bir ehtiyatsıqlıq insanın bu ağır xəstəliyə düçar olmasına gətirib çıxarır. Artıq ölkəmizdə 15 mindən çox insan bu xəstəliyə yoluxub, 200-ə qədər vətəndaşımız bu səbəbdən həyatını itirib. Onların içində tanınmış simalar, o cümlədən hər birimizin yaxın adamları da var".
Deputat çıxış yolunu qanunun daha da sərtləşdirilməsində gördüyünü deyib:

"Çıxış yolu isə qanunun yerinə yetirilməsinə ciddi nəzarət edilməsi, hətta qanunun sərtləşdirilməsidir. Cərimə vermək istəməyən isə 30 qəpiklik tibbi maska ilə həm özünü, həm də büdcəsini qoruya bilər. Koronavirusu həyatımızdan yox eləmək hər birimizin vəzifəsidir". (qaynarinfo.az)

OXŞAR XƏBƏRLƏR

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...