Millət vəkili vətəndaşı döydü- (FOTO+VİDEO)

Millət vəkili vətəndaşı döydü- (FOTO+VİDEO)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu gün Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında Milli Məclisin deputatı İqbal Məmmədov qalmaqal yaradıb.

Gununsesi.info-nun hadisə yerində olan əməkdaşının xəbərinə görə, deputat adıçəkilən ünvanda "Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olaraq orada mənzil aldığını və həmin mənzil üçün qapı gətirdiyini deyib. Lakin binanın mühafizəçisi Ramazan Priyev deputata şirkətin icraçı direktoru Adil Hüseynovu gözləməyi məsləhət görüb. Mühafizəçinin bu sözündən qəzəblənən deputat ona yaxınlaşaraq, sillə ilə üzünə bir neçə dəfə vurub və təhqir edib.

Deputatın təhqirlərini və zorakılığını seyr edən Ramazan Priyev çıxış yolunu DİN-nin 102 xidmətinə zəng etməkdə görüb.

Hadisə yerinə polis əməkdaşları gələrkən, İqbal Məmmədov 10 AA 715 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobilinə əyləşərək, oranı tərk edib.

Gununsesi.info-nun əməkdaşı deputatın özü ilə əlaqə saxlayıb. Əvvəlcə olayı təkizb etməyə çalışan İqbal Məmmədovla söhbətimizi olduğu kimi təqdim edirik:

-İqbal müəllim, sizin bir neçə dəqiqə əvvəl vətəndaşı döyməyinizlə bağlı nə deyə bilərsiniz? Nə baş verdi ki, vətəndaşa əl qaldırdınız?

–Kim deyir, bunu sizə? Belə bir şey olmayıb. Deputat niyə vətəndaşı vurmalıdır? Mənim heç nədən xəbərim yoxdur.

-Amma sizin bir neçə dəqiqə əvvəl Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında olmağınızı əks etdirən fotolar, şahidlər var. Həmçinin, DİN-in 102 xidmətinə zəng olunub…

–Mən oraya bir dostumla getmişəm. Söhbət edib qayıtmışam…

-O zaman polis niyə gəlib, həmin əraziyə?

–İndi onlar böhtan atır. Sizə də məsləhət görürəm ki, burada yazılacaq nəsə yoxdur. Gedin başqa mövzulardan yazın..

P.S.Yazı saytımızda yayıma hazırlanarkən deputatın döydüyü Ramazan Priyev redaksiyamızla əlaqə saxlayıb.

O, bildirib ki, İqbal Məmmədov şirkətin icraçı direktoruna zəng edərək, yenidən onları hədələyib:

"Zəng edib bildirir ki, əgər bu məsələ mediaya çıxacaqsa, Ramazan Priyevi həbs etdirəcəm”.

Mövzunu diqqətdə saxlayacağıq. 

//www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL-300x270.jpg 300w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL-277x250.jpg 277w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL-94x85.jpg 94w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL-90x81.jpg 90w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL-233x210.jpg 233w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL-103x93.jpg 103w" alt="iqbal" width="540" height="487" style="outline: 0px; margin: 0px; padding: 0px;" />//www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL1-300x169.jpg 300w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL1-768x432.jpg 768w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL1-115x65.jpg 115w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL1-90x51.jpg 90w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL1-285x160.jpg 285w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL1-132x74.jpg 132w" alt="iqbal1" width="541" height="304" style="outline: 0px; margin: 0px; padding: 0px;" />  //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL3-300x169.jpg 300w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL3-768x432.jpg 768w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL3-115x65.jpg 115w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL3-90x51.jpg 90w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL3-285x160.jpg 285w, //www.gununsesi.info/wp-content/uploads/2016/12/İQBAL3-132x74.jpg 132w" alt="iqbal3" width="541" height="304" style="outline: 0px; margin: 0px; padding: 0px;" />


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...