Millət vəkili şəhid ailələri və seçicilərlə təmasları davam etdirir - FOTOLAR

Millət vəkili şəhid  ailələri və seçicilərlə təmasları davam etdirir - FOTOLAR
Milli Məclisin deputatı Könül Nurullayeva seçiciləri ilə təmasları davam etdirir. K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, həftə ərzində, ümumilikdə 35 vətəndaşın birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb. 21 nəfər canlı, 2 nəfər isə onlayn şəkildə baş tutan qəbulda dinlənilib.

Görüşlər zamanı məlum olub ki, vətəndaşları ən çox narahat edən problemlər  məşğulluq, binalarda təmir-abadlıq işlərinin aparılması və sosial təminat məsələləridir. Hər zaman olduğu kimi, bu dəfə də hər bir vətəndaşın müraciəti qeydə alınıb. Qısa zamanda sözügedən müraciətlər müvafiq qurumlara yönləndiriləcək.

Eyni zamanda Bakı şəhəri Nizami rayonunun 31 şəhid ailəsi ilə telefon bağlantısı yaradılıb. Onların ehtiyacları, qayğıları ilə bağlı qeydlər götürülüb. K.Nurullayeva bildirib ki, şəhid ailələrini narahat edən məsələlərin də həlli istiqamətində tezliklə müvafiq addımlar atılacaq: "Hər bir vərəndaşın, xüsusilə şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılır. Onlarla mütəmadi qaydada təmasdayıq. Götürdüyümüz qeydlər üzrə bundan sonra da lazımi addımlar atılacaq”.

OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...