No Image
No Image

Millət vəkili şəhid ailələri və seçicilərlə təmasları davam etdirir - FOTOLAR

Millət vəkili şəhid  ailələri və seçicilərlə təmasları davam etdirir - FOTOLAR
Milli Məclisin deputatı Könül Nurullayeva seçiciləri ilə təmasları davam etdirir. K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, həftə ərzində, ümumilikdə 35 vətəndaşın birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb. 21 nəfər canlı, 2 nəfər isə onlayn şəkildə baş tutan qəbulda dinlənilib.

Görüşlər zamanı məlum olub ki, vətəndaşları ən çox narahat edən problemlər  məşğulluq, binalarda təmir-abadlıq işlərinin aparılması və sosial təminat məsələləridir. Hər zaman olduğu kimi, bu dəfə də hər bir vətəndaşın müraciəti qeydə alınıb. Qısa zamanda sözügedən müraciətlər müvafiq qurumlara yönləndiriləcək.

Eyni zamanda Bakı şəhəri Nizami rayonunun 31 şəhid ailəsi ilə telefon bağlantısı yaradılıb. Onların ehtiyacları, qayğıları ilə bağlı qeydlər götürülüb. K.Nurullayeva bildirib ki, şəhid ailələrini narahat edən məsələlərin də həlli istiqamətində tezliklə müvafiq addımlar atılacaq: "Hər bir vərəndaşın, xüsusilə şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılır. Onlarla mütəmadi qaydada təmasdayıq. Götürdüyümüz qeydlər üzrə bundan sonra da lazımi addımlar atılacaq”.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbə...

“Azərlotereya”nın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı - FOTOLAR

"Bu gün "Azərlotereya”nın Türkiyənin "Demirören Holding” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı”. Sfera.az xəbər verir ki, bu barədə İqti...

Xocalı soyqırımı ilə bağlı virtual görüş keçirildi - VİDEO

26 fevral 2021-ci il tarixində Azərbaycan Dillər Universitetinin ispan dili mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqrımını...

Mikayıl Cabbarov: "Faşizmə “yox” deyək" - FOTO

"Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm". Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Azərbaycan Sənaye Bankı" zərər hesabatını gizlədir? - FOTO

"Azərbaycan Sənaye Bankı” (ASB) 2020-ci ilin 4-cü rübünə olan mənfəət və zərər hesabatını gizlədir. Sfera.az  xəbər verir ki, "ASB”nin cəmi aktivləri...

Ağdamın Tərnöyüt kəndi - FOTOLAR/VİDEO

Ağdam rayonunun Tərnöyüt kəndindən videogörüntülər yayılıb.   Sfera.az Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:   ...