Millət vəkili seçiciləri ilə onlayn görüş keçirdi - FOTO
"EvdəQal təlimatına əməl edən Abşeron-Qobustan seçki dairəsinin vətəndaşları ilə onlayn görüşlər həyata keçirildi”.
Sfera.azxəbər verir ki, bu sözləri millət vəkili Şahin Seyidzadə özünün sosial şəbəkə hesabında yazıb. Millət vəkili keçirdiyi onlayn görüşlə bağlı təfərrüatlı məlumat verib:
"Bu gün, Abşeron rayonu üzrə Qobu, Saray, Hökməli və Ceyranbatan kənd və qəsəbələri, Qobustan rayonu üzrə isə Qobustan şəhəri və Sədəf kəndindən olan seçicilərimizlə onlayn video görüşlər keçirdik. Fərdi olaraq baş tutan görüşlərimizdə məşğulluq sahəsi üzrə iş müraciətləri, hüquq sahəsi üzrə məhkəmə və aliment prosesləri, mədəniyyət sahəsi üzrə tarixi abidələrin restavrasiyası və təmiri ilə bağlı, sosial məsələlər üzrə sosial yardımlar, ev növbəsi mövzuları, həmçinin tibb və təhsil sahələri ilə bağlı ilkin müraciətlər ətraflı dinlənilib.
Qeyd edim ki, hal-hazırda qüvvədə olan karantin rejimi ilə bağlı bu tipli görüşlər bizə daxil olan müraciətlər əsasında seçicilərimizlə davamlı olaraq keçiriləcəkdir”.