Millət vəkili Şahin Seyidzadə seçiciləri ilə onlayn görüşlər keçirib
14:02 / 29.05.2020
1368
50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilən Şahin Seyidzadə özünün sosial şəbəkə hesabından ictimaiyyətə müraciət edərək seçiciləri ilə keçirdiyi onlayn görüşlərlə bağlı məlumat verib.
Sfera.az millət vəkilinin sözügedən müraciətini təqdim edir:
"Seçicilərimizlə növbəti onlayn görüşümüz həyata keçirildi!
50 saylı Abşeron-Qobustan seçki dairəsindən, müvafiq olaraq Abşeron rayonu üzrə Saray, Qobu qəsəbələri, Qobustan rayonu üzrə isə Sündü, Sədəf, Cəyirli və Cəmcəmli kəndlərindən olan 9 sakinlə əlaqə saxlayaraq müraciətlərini dinlədik. Onlayn formatda keçirilən qəbullarda müraciətlərin əsas istiqamətləri sosial müavinət, məşğulluq, hüquq və Qobustan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşlarının şikayətləri oldu.”