Millət vəkili Şahin Seyidzadə fərdi qəbul keçirdi - FOTO
Milli Məclisin deputatı Şahin Seyidzadə bu gün karantin rejiminin şərtləri gözlənilməklə fərdi vətəndaş qəbulu həyata keçirib.
Sfera.az xəbər verir ki, millət vəkili bu haqda özünün sosial şəbəkə hesabında paylaşım edib:
"Bu gün Abşeron Rayon Heydər Əliyev Mərkəzində Ceyranbatan, Saray qəsəbələri və Novxanı kəndi üzrə vətəndaş qəbulları həyata keçirildi!
Adı çəkilən kənd və qəsəbələrdən ümumilikdə 13 seçicimizin iştirak etdiyi görüşdə infrastruktur, təhsil, idman, məşğulluq, torpaq, sosial və mənzil məsələləri istiqamətində müraciətlər dinlənilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələrinin də iştirak etdiyi fərdi qəbullarda səsləndirilən mövzular barədə müvafiq qeydlər aparılaraq, qanunvericiliyin şərtləri ilə növbəti addımların formalaşdırılması üçün məsələlər icraata götürülmüşdür”.