Millət vəkili onları “arxa cəbhənin qəhrəmanları” adlandırdı - FOTO

Millət vəkili onları “arxa cəbhənin qəhrəmanları” adlandırdı - FOTO

"Şəkillərdə gördüyünüz gəncləri müharibə şəraitində olan Vətənimizdə arxa cəbhənin qəhrəmanları saymaq olar. 35 könüllü gəncimiz çox nəcib işin altına giriblər. Köhnə, işlənilmiş avtomobil təkərlərini yük maşınlarına yükləyib cəbhə xəttinə göndərirlər”.

 

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Elnur Allahverdiyev özünün sosial şəbəkə hesabında yazıb:


"Orada təkərlər qəbul edilir və igid hərbçilərimizin təhlükəsizliyi üçün səngərlərdə və daldalanacaqlarda istifadə olunur. Dostlar, bu nəcib iş torpaqlarımızın azad olunması prosesində yüzlərlə döyüşçümüzü yağı düşmənin gülləsindən qoruyacaq.


Gənclərdən biri - Nurlan Piriyev bizimlə əlaqə saxlayıb, aksiyaya qoşulmağımızı istədi. Biz də qoşulduq. Dostu Elnur Əliyev bu təşəbbüsün müəllifidir, sosial şəbəkələrdən çağırış edib və tezliklə olublar 35 nəfər. 35 qəhrəman. İsti havada dayanmadan işlərini görür, indiyədək cəbhə bölgəsinə 65 TIR təkər göndəriblər. Onları yemək və su ilə polis əməkdaşlarımız təmin edir. Həkimlərimiz hər gün baş çəkib sağlamlıqları ilə maraqlanırlar. Artıq nə demək olar? Sizin kimi övladları olan Vətən işğal altında qalarmı? Əsla!


Dostlar, imkanı olanları gənclərimizə dəstək verməyə səsləyirik. Hər şey Vətən üçün! Hər şey Əsgər üçün! Biz birlikdə güclüyük!”




OXŞAR XƏBƏRLƏR