Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir - FOTOLAR

Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir - FOTOLAR
 

Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərlə görüşləri davam etdirir. Növbəti görüş Nizami rayonu Rüstəmov 76, E. Süleymanov 112, 114, 116, 118, Naxçıvanski 49, 53, 55, 61, 79, K. Balakişiyev 27, 39, 41, Q. Qarayev 32, 36a ünvanlarında yaşayan sakinlərlə baş tutdu.

Sfera.az-ın məlumatına görə, digər görüşlərdə olduğu kimi, bu görüşlərdə də insanların problemləri ilə yaxından tanış olmaq imkanı yarandı. Belə ki, su sayğaclarının quraşdırılması, binaların dam örtüklərinin bərpası, məhəllələrə tramplinlərin qoyulması, binaların kanalizasiya sistemlərinin yenilənməsi, istilik təchizatı, şəhidin adına olan bulağa su xəttinin çəkilməsi, məhəlləarası yollarda asfalt örtüyünün bərpası və digər müxtəlif məsələlərlə bağlı problemlər səsləndirildi. "Görüşdə qaldırılan məsələlərin qısa zaman ərzində həll olunmasına çalışacağıq və aidiyyəti qurumlara müraciətlər hazırlayıb təqdim edəcəyik.

Ümid edirik ki, bu məsələlər də tez bir zamanda öz həllini tapacaq. Bir daha vurğulamaq istəyirəm ki, sizinlə görüşmək, canlı ünsiyyətdə olmaq, fikirlərinizi eşitmək mənim üçün çox xoşdur və problemlərin həlli istiqamətində bunu vacib addım hesab edirəm. Sizin hər zaman yanınızda olacaq və dəstəyimi əsirgəməyəcəm!”, - deyə K.Nurullayeva bildirib.
Xatırladaq ki, ölkədə karantin rejimi səbəbindən insanlarla canlı təmas qurmaq imkanı olmadığından görüşlər onlayn formada keçirilirdi. Lakin sakinlərin canlı ünsiyyətə ehtiyacını nəzərə alaraq, karantin qaydaları çərçivəsində ənənəvi görüşlərin təşkilinə başlanıb. Millət vəkili sakinlərin müraciətlərinə uyğun olaraq, görüşləri davam etdirir.

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...