Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirdi - FOTO

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirdi - FOTO
Milli Məclisin deputatı K. Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlardan Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkələr üzərindən daxil olan müraciətlər əsasında aprel ayı üçün sonuncu vətəndaş qəbulunu keçirib.
 
Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, həftə ərzində ümumilikdə 25 müraciət daxil olmuş, 10 nəfər isə canlı qəbul zamanı dinlənilmişdir.

Millət vəkili rəsmi sosial media hesablarında qəbul iştirakçılarını ən çox narahat edən məsələlərə də aydınlıq gətirib. K. Nurullayevanın sözlərinə görə, qəbul iştirakçılarını narahat edən problemlər pandemiya dönəmində məşğulluq, maddi yardımın edilməsi, sosial təminat verilməsi və bina infrastrukturların bərpası kimi qiymətləndirilib.


Vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata alınıb. Vətəndaş müraciətlərinin tezliklə aidiyyatı üzrə müvafiq qurumlara ünvanlanacağı bildirilib. Deputat K. Nurullayeva həmçinin şəhid və qazi ailələrindən daxil olan mütəmadi müraciətləri nəzərə aldığını və bu istiqamətdə davamlı işlər gördüyünü vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...