Millət vəkili İslam Həmrəyliyi Oyunları Əlaqələndirmə Komitəsinin videokonfransına qatılıb

Millət vəkili İslam Həmrəyliyi Oyunları Əlaqələndirmə Komitəsinin videokonfransına qatılıb

Dünyanı cənginə alan koronavirus pandemiyası beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının da formatına və qrafikinə təsirsiz ötüşməyib.


Mövcud vəziyyətlə əlaqədar İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) İcraiyyə Komitəsi və 2021-ci ildə Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komitəsinin videokonfransı baş tutub.

 

Sfera.az bildirir ki, bu haqda onlayn toplantıda iştirak edən millət vəkili, İHİF İcraiyyə Komitəsinin üzvü, 2021-ci ildə Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva məlumat verib. Onun sözlərinə görə, İslam Həmrəyliyi İdman Federasiyasının rəhbəri şahzadə Əbdüləziz bin Türki əl Faysal, Türkiyənin gənclik və idman naziri Mehmet Meherrem Kasapoğlu, həmçinin Milli Olimpiya Komitələri prezidentləri, eləcə də İHİF İcraiyyə Komitəsi və 5-ci İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyası üzvlərinin iştirak etdiyi videokonfransda koronavirus pandemiyası səbəbindən 2021-ci il Türkiyənin Konya şəhərində keçirilməsi nəzərdə tutulan 5-ci İslam Həmrəylik Oyunlarının tarixinin dəyişdirilməsinə baxılması ilə bağlı məsələ müzakirə olunub. Bu istiqamətdə müxtəlif təkliflər səsləndirilib.

 

 

İHİF İcraiyyə Komitəsinin üzvü, 2021-ci il Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva da öz növbəsində çıxış edərək, pandemiyanın oyunlara təsiri, həmçinin beynəlxalq idman tədbirinin keçirilmə vaxtının dəyişdirilməsilə bağlı fikirlərini bildirib, müvafiq təkliflər səsləndirib.

 

Sonda beynəlxalq öhdəlikləri nəzərə alaraq, Türkiyənin oyunlarla bağlı Təşkilat Komitəsinə yeni təkiflər hazırlayaraq, İcraiyyə Komitəsinin müzakirəsinə çıxarmaqla bağlı müvafiq tapşırıqlar verilib.


Xatırladaq ki, 4-cü İslam Həmrəyliyi Oyunları 2017-ci il 12-22 may tarixində Bakıda keçirilib. Bu beynəlxalq idman tədbiri 4 ildən bir keçirilir.




OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...