Millət vəkili imkansız ailələrə bağlamalar göndərdi - AKSİYA
17:45 / 11.04.2020
4274
Nizami rayonundan Milli Məclisin üzvü seçilmiş Könül Nurullayeva "Deputat qərargahı"nda ərazidə yaşayan insanları narahat edən məsələləri operativ şəkildə həll etmək üçün İşçi qrupu yaradılıb. Sfera.az millət vəkilinin "Deputat qərargahı"na istinadən xəbər verir ki, ötən dövr ərzində işçi qrupuna daxil olan müraciətlər, o cümlədən DSMF-nin Nizami rayon şöbəsi ilə sıx əməkdaşlıq nəticəsində əldə edilmiş yeni məlumatlara əsasən tənha yaşayan ahıl vətəndaşlara, yaşından asılı olmayaraq son dərəcə imkansız ailələrə, karantin səbəbi ilə işindən kənarlaşdırılmış və çıxılmaz vəziyyətdə qalan həqiqi ehtiyacı olan insanlara operativ şəkildə ərzaq və təmizləyici vasitələrdən ibarət xüsusi hazırlanmış bağlamalar göndərilib.
Eyni zamanda millət vəkili Könül Nurullayeva sakinlərlə onlayn şəkildə əlaqə yaradaraq onları narahat edən məsələlərlə tanış olub və həlli istiqamətində əməyimi səfərbər edib.
Könül Nurullayeva bildirib ki, bu təşəbbüs xüsusi karantin rejimi dövrü ərzində davam etdiriləcək: "Bu missiyanın həyata keçirilməsində könüllü qismində iştirak edən Nizami rayon sakinlərinə xüsusi təşəkkürümü bildirirəm".