Millət vəkili: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”

Millət vəkili: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
 

Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”. 

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Araz Əlizadə deyib. 

Millət vəkili Azərbaycanda 3 uşağı olan ailələrin çoxuşaqlı ailələr hesab edilməsini təklif edib. 

 

"3 uşaqlı ailələrin çoxuşaqlı ailə sayılması dünyada qəbul edilib. Dövlət hər uşağı olan ailəyə hər ay mütəmadi 100 manat, 200 manat pul verməlidir. Çünki həmin uşaqlar böyüyüb Vətən övladları olacaq. Sabah çağıracaqlar ki, Vətən övladısan, Vətəni qoru, müharibədə iştirak et! Vətən də övlad üçün nə isə etməlidir. Analar əlinə zənbil alıb küçələri gəzməməli, meyvə-tərəvəz satmamalıdırlar ki, balalarını dolandırsınlar. Ananın əsas vəzifəsi uşaqlarını tərbiyə etməkdir. Əgər ana uşaqlarını dolandıra bilmirsə, uşaqlarını nə zaman tərbiyə edəcək?!”, - deyə A. Əlizadə vurğulayıb.  


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...