Millət Vəkili Fəzail Ağamalının təşəbbüsü ilə bu rayonlarda koronavirusa qarşı maariflənmə başlayıb

Millət Vəkili Fəzail Ağamalının təşəbbüsü ilə bu rayonlarda koronavirusa qarşı maariflənmə başlayıb
 Millət Vəkili Fəzail Ağamalının təşəbbüsü ilə Salyan - Neftçala rayonlarında koronavirusla qarşı maariflənmə başlanmışdır.
 
23 - 24 İyun 2020 - ci il tarixlərində Fəzail Ağamalının köməkçisi Xidmət Orucov Salyan rayonunun Qarabağlı, Təzəkənd, Kərimbəyli, Qaraçala, Düzənlik, Peyk, Varlı I, Varlı II, Uluxanlı, Yolüstü kəndlərində, Neftçala rayonunun Şorkənd, Beştalı, Cəngən, Qaraqaşlı, Bala Surra, Ərəbqardaşbəyli, Asaği Surra kəndlərində zəruri səbəbdən bayıra çıxan insanlara Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyyələrini - sosial məsafənin qorunması, maskadan istifadə və gigiyena qaydalarına riayətin vacibliyini diqqətə çatdırmış, onlara maska və əlcək paylanmışdır.
 
Salyan və Neftçala rayonlarının kəndlərində aparılan maariflənmədən bəzi görüntüləri sizlərə təqdim edirik.
 
Koronavirusa qarşı maariflənmə davam edəcəkdir.

OXŞAR XƏBƏRLƏR