Millət vəkili Elnur Allahverdiyev sosial şəbəkədə seçiciləri üçün paylaşım etdi

Millət vəkili Elnur Allahverdiyev sosial şəbəkədə seçiciləri üçün paylaşım etdi

Millət vəkili Elnur Allahverdiyev rəsmi facebook səhifəsində paylaşım edib. Millət vəkili seçicilərini parlamentin plenar iclasının nəticələri ilə tanış edib.


Sfera.az Elnur Allahverdiyevin sözügedən paylaşımını oxucularına təqdim edir:

 

 

"Əziz dostlar!


Bu gün Milli Məclisin plenar iclasında bir neçə məsələ ətrafında müzakirələr apardıq. Parlamentin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planını təsdiqlədik. Sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin təqdim etdikləri və edəcəkləri qanun layihələrinə baxacağıq. Yeni qanun layihələri ilə yanaşı, eyni zamanda, öncəki sessiyadan qalan layihələrin müzakirələri də olacaq. "Daxili Qoşunlar haqqında", "Turizm haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Qida təhlükəsizliyi haqqında", "Ali təhsil haqqında" və bu kimi digər vacib qanun layihələri bu qəbildən olan sənədlərdir.

Məlumat üçün qeyd edim ki, bu gün bizə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov tərəfindən mandatlarımız təqdim olundu. Fürsətdən istifadə edib bir daha sizə - dəyərli seçicilərimə minnətdarlığımı bildirmək istəyirəm!

Qanunvericilik fəaliyyətim ərzində iki komitənin üzvü olacağam. Bunlar İqtisadi siyasət, sənaye və sahibkarlıq, habelə Gənclər və idman komitələridir. Çalışacağam ki, bu komitələrdəki fəaliyyətimlə sizlərin etimadını doğruldum.

Dəyərli seçicilərim! Sizə söz verdiyim kimi, fəaliyyətim tək parlament binasının hüdudları ilə məhdudlaşmayacaq. Biz sizlərlə maksimum şəkildə təmasda olacağıq, görüşlər keçirəcəyik. Sizin dəstəyinizə hər zaman ehtiyacım olacaq.”


OXŞAR XƏBƏRLƏR