Millət vəkili dünya çempionu Anar Məmmədovla görüşdü - FOTOLAR
22:43 / 12.01.2022
1224
Millət vəkili Elnur Allahverdiyev dünya çempionu Anar Məmmədovla görüşüb.
Sfera.az xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkə hesabında paylaşım edib
Anar 2021-ci ilin oktyabr ayında İtaliyanın Jesolo şəhərində keçirilən dünya birinciliyinin kubokunu qazanaraq ən ali kürsüdən üçrəngli bayrağımızı dalğalandırıb. Hazırda öz çəkisində dünya reytinqinin birincisidir.
"Bu gün dairəmizin sakini, kiqboksinq üzrə 57 kq çəki dərəcəsində dünya çempionu Anar Məmmədovun qonağı olduq. Anarın medal və təltiflərinin sayı-hesabı yoxdur. Bir çox turnirlərin iştirakçısıdır. Hazırda kiçik yaşlı döyüşçülərə dərs deyir. Onunla şəxsən tanış olub söhbət etmək çox qürurvericidir. Əvvəla, tərbiyyəli və təvazökar, sadə gənc olduğuna görə. Qonşuları deyir ki, bu, Anarın ailə tərbiyyəsindən irəli gəlir. İkincisi isə dünya birincisi kimi tək ölkəmizi deyil, həm də rayonumuzu və dairəmizi təmsil etdiyinə görə. İnanıram ki, bu, Anarın son qələbəsi deyil, onun yeni nailiyyətləri qarşıdadır. Səninlə fəxr edirik, Anar!"