Millət vəkili Bəhruz Məhərrəmovdan Respublika Günü ilə bağlı paylaşım

Millət vəkili Bəhruz Məhərrəmovdan Respublika Günü ilə bağlı paylaşım

9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində 66 saylı Biləsuvar seçki dairəsindən VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilən Bəhruz Məhərrəmov özünün rəsmi Facebook səhifəsindən seçicilərinə müraciət edərək onları 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.


 

Sfera.az millət vəklinin sözügedən müraciətini oxucularına təqdim edir:


 

"Əziz dostlar, hörmətli seçicilər!

Hər birinizi Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü münasibəti ilə təbrik edirəm.

Müstəqillik əvəzsiz nemətdir, cümhuriyyət ənənələri isə insan hüquq və azadlıq ideallarının ən səmərəli təminat formasıdır. Ona görə də səlahiyyətlərimizdən, statusumuzdan, sosial mənşəyimizdən asılı olmayaraq, hər birimiz müstəqilliyimizin, respublika ənənələrinin qorunması, dövlətimizin güclənməsi naminə əlimizdən gələni etməliyik.

Dövlətçiliyimiz davamlı, müstəqilliyimiz əbədi olsun!

Bayramımız mübarək!!”

 

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR