Millət vəkili Bəhruz Məhərrəmov icra başçısının həbsindən yazdı

Millət vəkili Bəhruz Məhərrəmov icra başçısının həbsindən yazdı

"Səlahiyyətlərimin icrasına başlayandan bəri Biləsuvar sakinlərindən müxtəlif məzmunlu çoxsaylı şikayətlər almışdım və analoji məktublar bu gün də gəlməkdədir. İstisnasız olaraq bütün şikayətləri aidiyyatı strukturlara araşdırmaq üçün göndərmişəm, göndərməkdəyəm də. Bu mənim Qanun və seçicim qarşısında öhdəliyimdir, Biləsuvar insanın səsi olmaq mənim vəzifə borcumdur”.


Sfera.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov özünün sosial şəbəkə hesabında yazıb. O eyni zamanda baş verən son həbslərə də münasibətini bildirib:


"Son hadisələrə gəlincə, hakimiyyətin fərqli qollarının nümayəndələri kimi sabiq icra başçısı Mahir Quliyevlə yalnız işgüzar münasibətlərimiz olub. Son həftələrdə isə onun səhhətində ciddi problemlərlə əlaqədar, mənəvi amilləri əsas tutaraq ardıcıl bir neçə dəfə telefonla danışmışdıq. Söhbətlərdə şikayətlərin çoxluğunu onun, habelə İcra hakimiyyətinin digər rəhbər işçilərinin diqqətinə çatdırmışam. Habelə, facebook səhifəmdə canlı yayımlar zamanı mövqeyimi aydın formada ifadə etmişəm.

O ki qaldı, DTX-nın əməliyyatına, məsələ kifayət qədər sadədir, cənab Prezidentin qoyduğu tələblərə məhəl qoymayan, qanunları tapdalayan istənilən dövlət məmuru təbii ki cəzalanacaq. Biləsuvarda da belə oldu, bu işdə nə Deputatın, nə də başqasının rolu olmayıb, bu yalnız və yalnız cənab Prezidentin iradəsidir. Fürsətdən istifadə edib, medianı bu məsələlər ətrafında manipulyasiya etməməyə çağırıram. Başqa şayə və fikirlərə əhəmiyyət verməyin.

İkincisi, bildiyiniz kimi sabiq İcra başçısı barəsində Cinayət Məcəlləsinin 308, 311 və 179-cu maddələrinin müvafiq bəndləri üzrə cinayət işi açılıb, lakin, məhkəmənin yekun hökmü yoxdur, təqsir məhkəmə qaydasında sübut olana qədər ifadələrimizdə ehtiyatlı olaq”.

Millət vəkili sonda qeyd edib ki, pozuntu bir günün işi deyil, problemləri indiyədək yazmaq lazım idi, əks halda, necə deyərlər "daldan atılan daş topuğa dəyər."

 

"Yıxılanı baltalamaq bizə yaraşmaz, bu ölkədə hüquq var, qanun var, əmin ola bilərsiz ki, kimliyindən asılı olmayaraq əli xalqın cibinə girmiş hər kəs əməlinə görə zatən cəzasını alacaq. Mənim buna inancım sonsuzdur və əminliyimin kökündə Azərbaycan Prezidentinin mövcud siyasi xətti və iradəsi dayanır”.


OXŞAR XƏBƏRLƏR

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTOLAR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...