Mikayıl Cabbarovun yerinə Balakişi Qasımov seçildi

Mikayıl Cabbarovun yerinə Balakişi Qasımov seçildi
Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.

Sfera.az xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib. 

Mikayıl Cabbarov 4 il öncə ona göstərilən etimada görə Qılıncoynatma Federasiyasının üzvlərinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib.  

Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçilib.

Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.

Xatırladaq ki, Mikayıl Cabbarovla Balakişi Qasımov qohumdurlar.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Fərid Qayıbovdan yeni TƏYİNATLAR

Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinin icrası Fuad Babayevə həvalə edilib. Sfera.az...

2021-ci ilin ən yaxşı klub baş məşqçisi açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı klub baş məşqçisini açıqlayıb. Sfera.az-ın məlumatına görə, bu ada İ...

ABŞ-da yaşayan azərbaycanlı idmançı dünya çempionu oldu

ABŞ-da yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlanlı Tunisin Hammamet şəhərində keçirilən Budo döyüş sənəti üzrə dünya çempionatının qalibi olub. Sfera.az...

FIDE reytinqi: Məmmədyarov ilk “onluq”a qayıdıb, Rəcəbov geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Sfera.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbayc...

"Legiya"nın baş məşqçisi: "Mahir Emreli sürətli və güclü hücumçudur"

"Hazırda Emreli və Pexart meydana start heyətində çıxmaq üçün bir-biri ilə yarışır. Məşqdə özünü yaxşı tərəfdən göstərən futbolçu daim oynayacaq". Sfera.a...

Azərbaycan Premyer Liqası: Komandaların çempionluq şansları açıqlanıb

"Euro Club Index" statistika portalı Azərbaycan Premyer Liqasında çıxış edən komandaların 2021/2022 mövsümü üçün çempionluq şanslarını açıqlayıb. Sfera.az...