Mikayıl Cabbarovdan bu sahibkarlara ŞAD XƏBƏR

Mikayıl Cabbarovdan bu sahibkarlara ŞAD XƏBƏR
 
"Azərbaycanda qızıl sənayesinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edərkən problemlərə də nəzər salmalıyıq. İqtisadiyyatın şaxələndirməsinin mühüm hissəsi dağ-mədən sənayesinin inkişafıdır”.

Sfera.az  modern.az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlarla görüşündə deyib.

Nazir qeyd edib ki, regionlarda dağ-mədən sənayesində qızıl istehsalı ilə yanaşı, digər qiymətli metalların istehsalı potensialı böyükdür:

"Azərbaycanın zərgərlik sahəsində tarixi ənənələri mövcuddur. Biz sıfırdan hər hansı işi başlamırıq. Zərgərlik sənayesinin yüksəldilməsi üçün ciddi dəstək verilməsi vacibdir. Stimullaşdırıcı amillərin artırılması zərgərlik sənayesinin inkişafında əhəmiyyətli ola bilər”.

M.Cabbarovun sözlərinə görə, sahənin inkişafı üçün şəffaflığın təmin edilməsi vacibdir:

"Biz "kölgə” iqtisadiyyatının bu sahədə azaldılmasına nail olmalıyıq. Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcək. Bu sahədə rəqabət mühitinin olması bizim üçün əsas məqsədlərdən biridir. Zərgərlik sahəsində aparılan təhlillər burada bir sıra çatışmazlıqların olduğunu göstərir".
Nazir bazarda yerli zərgərlik məhsullarının azlığına diqqət çəkib:

"Qızılın keyfiyyəti hər zaman ictimaiyyət tərəfindən müzakirə olunur. Bu, həm istehlakçıların hüquqlarına, həm də bizim hədəflərimizə zərbə vuran məqamlardan biridir. Sektorda qeyri-şəffaf əmək münasibətlərinə də rast gəlinir.
 
Biz bunu bilirik. Bazarda şəffaflığın təmin edilməsi dövlətin aidiyyatı strukturlarının üzərinə düşən əsas hədəflərindən biridir. Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış asosiassiyanın yaradılması təqdirəlayiqdir”.

OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...