Mikayıl Cabbarov: “Zəngəzur dəhlizi layihəsi sürətlə həyata keçirilir”

Mikayıl Cabbarov: “Zəngəzur dəhlizi layihəsi sürətlə həyata keçirilir”
"Ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib. Haqq savaşımızda qardaş Türkiyə və onun daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycana böyük siyasi - mənəvi dəstək göstərib".

Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışında deyib.

O bunun üçün Türkiyəyə və Türk Şurasına üzv ölkələrə təşəkkür edib.

"44 günlük Vətən Müharibəsində qazandığımız zəfər böyük tarixi və siyasi məzmuna, eyni zamanda yerləşdiyimiz bölgə üçün mühüm əhəmiyyətə malikdir. Tarixi qələbə ölkəmiz və bütövlükdə regionun inkişafı üçün yeni reallıqlar, yeni regional əməkdaşlıq imkanları yaradıb. Hazırda işğal edilmiş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Bölgədə ticarət, tranzit və logistika imkanlarının genişləndirilməsinə töhfəsini verəcək, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin sürətlə həyata keçirilməsini qeyd etmək istəyirəm. İnanıram ki, bu layihə ölkələrimiz arasında qarşılıqlı ticarətə, sərmayə axınına müsbət təsir göstərəcək”, - M.Cabbarov bildirib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov: “Zəngəzur dəhlizi layihəsi sürətlə həyata keçirilir”

"Ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib. Haqq savaşımızda qardaş Türkiyə və onun daxil olduğu Türkdilli Ölkələrin...

Minimum əmək haqqının artımı hansı sahələrə şamil olunacaq? - SİYAHI

Azərbaycanda 2022-ci ildə minimum əmək haqqının 250 manatdan 300 manata qədər artırılması nəzərdə tutulub.  Report.az-ın yaydığı məlumata görə, bu mə...

Azərbaycanda köhnə avtomobillər kəskin bahalaşacaq – YENİ QİYMƏTLƏR

Vergilər Məcəlləsində 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək əlavə və dəyişikliklər Azərbaycanda köhnə avtomobillərin bahalaşmasına səbəb olacaq.  ...

Azərbaycanda siqaretlər bahalaşır

Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1000 ədədinə görə 38.5 manat olması müəyyən olunur. Sfera.az xəbər verir ki, bu barədə məsələ Vergilər Məcə...

Azərbaycanda bu sahələrdə dövlət rüsumları artırılacaq - VİDEO

"Dövlət rüsumu haqqında" qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunub. Bu dəyişikliklər qəbul olunarsa, bir sıra sahələrdə rüsumların miqdarı artırıla...

Alıcılıq qabiliyyəti sürətlə düşür - Manatın məzənnəsi ilə bağlı YENİ QƏRAR verilə bilər

Son zamanlar Türkiyənin milli valyutası - lirənin məzənnəsi, dünyanın aparıcı valyutası - dollara nisbətdə sürətlə dəyərdən düşür.   Bu proses manata təs...