Mikayıl Cabbarov sahibkarlar üçün yeni həyat tərzini açıqladı

Mikayıl Cabbarov sahibkarlar üçün yeni həyat tərzini açıqladı
 "Azərbaycanda kononavirus (COVID-19) pandemiyasının nə qədər davam edəcəyini dəqiq müəyyən etmək mümükün deyil. Bu, insanların müəyyən edilmiş karantin qaydalarına nə dərəcədə riayət etməsindən asılıdır".

Sfera.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, sahibkarlar yeni davranış qaydalarını başa düşməli, tətbiq etməlidir. 

"Şəxsi gigiyena qaydalarına əməl olunması, "sosial məsafə"nin qorunması həlledici amildir. Bunlar, eləcə də qoruyucu maslalardan istifadə bizim gündəlik həyat tərzimizə çevrilməlidir. Ticarət obyektlərində işçilərin maskalardan istifadəsi mütləqdir. Restoranlarda masalar arasında məsafə qorunmalıdır. İş yerlərində əllərin mütəmadi yuyulması, dezinfeksiya işlərinin aparılması, mağazalarda müştəri sayının tənzimlənməsi, onlayn satış və elektron xidmətlərə üstünlük verilməsi vacibdir. Sahibkarlara dəstəklə bağlı addımlar ona görə atıldı ki, iqtisadiyyat dayanıqlı olsun, onun rəqabət qabiliyyətliliyi və iş yerləri qorunub-saxlanılsın, məşğulluq aşağı düşməsin", - deyə nazir qeyd edib. 
 
M.Cabbarov həmçinin deyib ki, sahibkarlıq fəaliyyətində davamlılıq vacib amil və məqsəddir: "Gəlirlərin sabitliyi yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılıdır. Virusun qarşısını almaq hər bir vətəndaşın borcudur. Dövlətin dəstək tədbirləri virusla mübarizədə yeganə alət deyil. Sahibkar da bir vətəndaş kimi bu işə öz töhfəsini verməlidir. Hər birimiz bu mübarizənin ümumxalq işi olduğunu anlamalıyıq". (report)

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...