No Image
No Image

Mikayıl Cabbarov: "Pandemiyaya baxmayaraq Litva ilə ticarət dövriyyəmiz artıb"

Mikayıl Cabbarov:
İqtisadiyyat naziri Mikayıl Cabbarov Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sfera.az Nazirliyə istinadən xəbər verir ki, görüşdə Litva ilə siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi, əməkdaşlığın genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, ölkələrimiz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya iqtisadi-ticarət əlaqələrinin dərinləşməsinə töhfə verir və bu platforma vasitəsilə müxtəlif sferalarda layihələrin həyata keçirilməsinə dəstək göstərilir.

İqtisadiyyat naziri ölkəmizin Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu ifadə edib. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci ildə və bu ilin birinci rübü ərzində iki ölkə arasında ticarət dövriyyəsi artıb.

Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergis qarşılıqlı iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.

Sehliyali

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir

Kapital Bank və rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa şirkəti Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini istifadəyə verdi. Bu xidmət vasitəsilə Kap...

Azərbaycan Beynəlxalq Bankı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə əməkdaşlığa başladı - FOTOLAR

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq haqqında me...

Mis bahalaşır - Azərbaycanın gəlirləri artdı

Misin qiymətinin son bir ildə davamlı yüksəlməsi Azərbaycanın bu metalın ixracından əldə edilən gəlirinin xeyli artmasına səbəb olub. 2021-ci ilin birinci rübün...

Bakıda inşaat işi ən çox bu rayonlarda həyata keçirilir – STATİSTİKA

2021-ci ilin birinci rübündə Bakıda 1,237 milyard manat dəyərində inşaat işləri həyata keçirilib. Ötən ilin eyni dövrünə nisbətən inşaat işlərinin həcmi 12,8 fa...

Neft BAHALAŞDI

Dünya birjalarında neft qiymətləri bahalaşır. Sfera.az xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı nefti...

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir...