“Ümidlərimiz doğrulmadı\" - Sergey Lavrov Moskvadakı görüşdən danışdı

“Ümidlərimiz doğrulmadı\
"Avropa Şurası Baş katibliyindən olan həmkarlarımızı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və Rusiyanın gördüyü tədbirlər barədə məlumatlandırdıq”.

Sfera.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

S. Lavrovun sözlərinə görə, indi başlıca məsələ tərəflər və cavabdeh beynəlxalq oyunçular tərəfindən ziddiyyətli ritorikanın dayandırılmasıdır: "Növbəti vacib addım isə hərbi əməliyyatların və mülki obyektlərə zərbələrin dayandırılmasıdır. Bütün bunlar həmsədr ölkələrin dövlət başçılarının birgə bəyanatında, Moskvada Xarici İşlər nazirlərinin razılaşdırdığı sənəddə və oktyabrın 18-də razılaşdırılan sənəddə təsdiqini tapıb. Moskvadakı görüşdən sonra bizim ümidlərimiz doğrulmadı". 

S. Lavrov atəşkəsin işləməsi üçün ona nəzarət mexanizmlərinin vacibliyindən danışıb: "Bizim Müdafiə Nazirliyimiz bunun üzərində Azərbaycan və Ermənistandan olan həmkarları ilə aktiv işləyir. Ümid edirik ki, ən yaxın vaxtlarda bu cür mexanizm razılaşdırılacaq”. /APA

OXŞAR XƏBƏRLƏR