\"Microsoft\" ABŞ ordusunu yeni nəsil eynəklərlə təmin edəcək - 21,9 milyard dollarlıq anlaşma

\
"Microsoft" şirkəti ilə ABŞ ordusu arasında 21,9 milyard dollarlıq anlaşma imzalanıb.
 
Sfera.az xəbər verir ki, razılığın 10 illik olduğu bildirilib. Belə ki, şirkət ABŞ ordusuna yeni nəsil "Hololens" eynəkləri satacağını açıqlayıb.

Məlumata görə, istifadəçilərin gerçək ortamlardakı holoqramları görməsinə imkan yaradan eynəklər ABŞ-da istehsal ediləcək.
 
Razılaşma əldə edildikdən sonra "Microsoft”un səhmlərində üç faiz artım müşahidə olunub.

Qeyd edək ki, "Hololens" eynəkləri hazırda 3500 dollara satılır.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR