Möhtəşəm 11 sentyabr yalanı - Alim sübut edir ki, \"göydələnlər\"i heç bir təyyarə dağıtmayıb

Möhtəşəm 11 sentyabr yalanı - Alim sübut edir ki, \

Sfera.az xəbər verir ki, 11 sentyabr 2001-ci ildə Dünya ABŞ-da baş vermiş dəhşətli faciədən xəbər tutdu. Mətbuatda dörd təyyarənin terrorçular tərəfindən qaçırıldığı bildirilirdi. Onlardan birinin Pennsylvaniyada qəzaya uğradığı,. başqa bir "Boeing"in Pentaqona istiqamət götürdüyü də bildirilirdi. Digər iki təyyarə isə Dünya Ticarət Mərkəzinin qüllələrinə arxadan dəyərək "göydələnlər"in dağılmasına səbəb oldu. Kembric Universitetinin fizika bölməsi üzrə fəlsəfə elmləri doktoru Con Vayndhem bildirib ki, əslində, burada heç bir təyyarə olmayıb və  baş verənlər Dünya Ticarət Mərkəzinin dağıdılmasna yönəlik çəkilişdən başqa bir şey deyil.  ABŞ hakimiyyətinin qüllələrin məhv edilməsi barədə ictimaiiyyətdə inam yaratmasının xüsusi səbəbləri vardı. Lakin əslində Dünya Ticarət Mərkəzinə minalar qoyulmuşdu. 

 

Çəkilişə aşağı sürətlə baxdıqda aydın olur ki, Dünya Ticarət Mərkəzinin qülləsinə dəyən təyyarə sanki, biçaq yağı kəsən kimi bir tərəfdən girib digər tərəfdən çıxır. Con Vayndhem iddia edir ki, şəkilişdə göstərilən təyyarə adi qoloqramdır. Digər faktı da qeyd edək ki,  Dünya Ticarət Mərkəzi Kompleksinin üçüncü qülləsi dağılsa da ona heç bir təyyarə dəyməmişdi. Sözügedən bina hansısa yeddi saniyə müddətində çöksə də, əslində o, elə inşa edilmişdi ki, fırtına, sunami və ən ağır zəlzələyə qarşı belə tab gətirməli idi. Bu bina güclü metal konstruksiyaya malik idi. Bəs əkiz binaların partladılması kimə və nə üçün lazım idi? Con Vayndhem bu suala da cavab verir. Onun sözlərinə görə, faciəli hadisədən altı həftə əvvəl daşınmaz əmlak bazarında böyük oyunçu kimi tanınmış Larry Silverstein adlı bir nəfər "göydələnlər"ə sahib olur. Larry Silversteinin "göydələnlər"ə sahib olması rəqiblərini təəccübləndirir. Dünya Ticarət Mərkəzi "ağ fil" adlanirdı və onu saxlamaq çox baha başa gəlirdi. "Ğöydələnlər"in əvvəlki sahibləri binaları dağıtmaq və yerində səmərəli şəkildə mənzillər inşa etmək istəyirdilər. Amma şəhərin hakimiyyət orqanları binaların dağılması nəticəsində Manhetteni kanserogen asbest tozunun örtəcəyindən qorxaraq buna icazə verməmişdilər.Vətəndaşların sağlamlığına dəyən zərər haqda məhkəmə tələbləri şəhərin büdcəsini məhv edə bilərdi. 

 

Bəzi insanları Dünya Ticarət Mərkəzi - "göydələnlər"  çox narahat edirdi. Və qəfldən hökumət dairələri ilə yaxın əlaqəsi olan Larry Silverstein kimi bir biznesmen peyda oldu. Larry Silverstein nəinki icarə müqaviləsi bağladı, həm də sığorta dəyərinin inanılmaz dərəcədə qaldırılmasına nail oldu. Nəticədə  Silverstein Dünya Ticarət Mərkəzinin dağılmasından səkkiz milyard dollardan çox gəlir əldə etdi. Onu da qeyd edək ki, dağıntının aradan qaldırılması zamanı heç bir təyyarə hissəsi aşkar edilmədi. Təyyarələr sanki havaya buxarlanmışdı. Xatirladaq ki, Dünya Ticarət Mərkəzinin dağılması nəticəsində 2600-dən artıq insan həlak oldu. 








Camal 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər...

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...