MGStore (Music Gallery) mağazasından şikayət var: "Üç gündür, bir qulaqcığı..."

MGStore (Music Gallery) mağazasından şikayət var:

Nail Mustafazadə adlı istifadəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.Onun gileyi Bakıda fəaliyyət göstərən MGStore (Music Gallery) mağazasındandır.

 

 

Sfera.azşikayətçinin müraciətini olduğu kimi təqdim edir.

 

"Aprelin 4-ü saytların birindən qulaqcıq sifariş verdim. (evə çatdırılma ilə birgə). Operatorla əlaqə saxladım, dedi ki, sifarişlər birinci gün çatdırılacaq. Birinci gün zəng vurdum, dedilər ki, sifarişlər çoxdur deyə yəqin ki, ikinci gün çatdırılacaq.”

 

 

Qulaqcığı işlə bağlı sifariş verən istifadəçi fikrinin davamı olaraq bildirib: "Bu gün səhərdən onlarla yazışıram. Demişəm ki, axşam 18:30-da işlə əlaqədar videokonfrans keçiriləcək, həmin vaxta qədər qulaqcıq məndə olmalıdır. Operator cavab verib ki, saat 18-dək sifarişiniz ünvana çatdırılacaq. Saat 17.00 oldu, yazıram, nə vaxt gələcək, məndən soruşur ki, siz haradan sifariş etmisiniz? Deyirəm, saytdan. Deyir ki, sifarişinizi tapa bilmirəm. Qulaqcıq bu gün lazımdırsa, 28 May metrosu yaxınlığındakı MGStore (Music Gallery) mağazasına gəlin, ya da sabah çatdıraq (o da hələ çatdırsa).”


Karantin rejimini pozmağa sövq edildiyini vurğulayan Nail Mustafazadə bu cür yarıtmaz online xidmətin nəyə gərək olduğunu anlamadığını söyləyir: "Tutaq ki, saytda problem olub, sifariş qeydə alınmayıb, məgər bunu əvvəlcədən demək olmazdı? Gün boyu məni arxayın salıb konfransa 1 saat qalmış "tapa bilmirik” deməklərinə nə ad verək? Üstəlik deyir, gəl mağazadan götür, yəni məni karantin qanunlarını pozmağa sövq edir. 3 gündür bir qulaqcığı 15 km məsafəyə çatdıra bilməyən mağaza niyə online sifariş qəbul edir ümumiyyətlə? Hələ bir gəlin, mağazadan götürün deyir mənə.”

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...