Məzahir Pənahov vəzifədən gedir? - AÇIQLAMA

Məzahir Pənahov vəzifədən gedir? - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu il vəzifədən gedə bilər. Belə ki, Seçki Məcəlləsinə görə, yeni parlament formalaşdırıldıqdan sonra MSK-nın səlahiyyət müddəti bitir.

Məsələ ilə bağlı "MediaPost”a danışan hüquqşünas Akif Qurbanov MSK-nın tərkibinin formalaşdırılmasının hüquqi tərəflərindən bəhs edib:

"Mərkəzi Seçki Komissiyasının üzvləri 18 nəfərdən ibarətdir. Seçki Məcəlləsinə görə, MSK-nın 6 nəfər üzvü parlament çoxluğundan, yəni Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərdən, 6 nəfəri parlamentdə olan bitərəf deputatların irəli sürdüyü namizədlərdən, 6 nəfəri isə parlamentdə azlıqda olan bir-iki deputat yeri olan partiyalardan formalaşır.

MSK sədri isə komissiyanın üzvləri içərisindən seçilir. Qanunvericiliyə görə, sədr çoxluğun - YAP-ın nümayəndələrindən biri olmalıdır”.

Hüquqşünasın sözlərinə görə, MSK sədrinin səlahiyyət müddəti anlayışı yoxdur:

"Əslində, qanuna görə, MSK üzvlərinin səlahiyyət müddəti var. MSK sədrinin səlahiyyət müddəti isə MSK üzvlərinin səlahiyyət müddəti çərçivəsində həll olunur. Komissiyanın səlahiyyət müddəti 5 il - yeni parlament formalaşdırılana qədər davam edir. Yeni parlament seçiləndə artıq komissiya üzvləri yenilənir. Mərkəzi Seçki Komissiyasının üzvlərinin üçdə ikisi nə vaxt hesab etsə ki, sədr dəyişdirilməlidir, bu zaman müvafiq qərar qəbul edilir”.

Xatırladaq ki, Məzahir Pənahov 2000-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib və MSK-nın sədri seçilib.


OXŞAR XƏBƏRLƏR

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...