Meyvəli saqqız formasında vaksin - Rusiyada İLK
11:15 / 19.06.2021
1936
Rusiya Müdafiə Nazirliyinin COVID-19-a qarşı saqqız şəklində yeni antiviral dərman istehsalına başladığı bildirilib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın qaynaqdan Sputnik-ə bildirilib.
Məlumata görə, nazirliyin 48-ci Mərkəzi Elm və Tədqiqat İnstitutu koronovirusa qarşı saqqız şəklində yeni bir antiviral dərman üzərində işləyir.
Rahat istifadə üsulunu dərmanın faydalı xüsusiyyətləri ilə birləşdirməyin yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə müsbət rol oynayacağı ehtimal edilir.
Qeyd edək ki, bundan əvvəl Rusiyada koronavirusa qarşı meyvəli şirniyyat şəklində peyvənd hazırlanmışdı.
Əzizə Zeynal
Sfera.az