Meytu Brayza Bakıda səfərdədir

Meytu Brayza Bakıda səfərdədir
ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Bakıya səfər edib.

"İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın gələcəyini müzakirə etmək üçün toplaşacaq beynəlxalq analitiklər qrupunun tərkibində ADA Universitetinin və AIM Prezident Mərkəzinin qonağı olmaqdan şərəf duyuram.

Bazar günü Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşmək imkanım olacaq. Bazar ertəsi günü Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinə səfərim planlaşdırılıb, çərşənbə axşamı isə ADA Universitetində keçiriləcək və cənab Prezident İlham Əliyev, Xarici İşlər Naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müzakirələrin də daxil olduğu konfransda iştirak etməliyəm”, - deyə Metyu Brayza bildirib.
 
(Report)

OXŞAR XƏBƏRLƏR