Meyiti ortadaykən baş katibin məxfi portfelini kim oğurlayıb? – Qorbaçov hakimiyyət olimpinə doğru...

Meyiti ortadaykən baş katibin məxfi portfelini kim oğurlayıb? – Qorbaçov hakimiyyət olimpinə doğru...
Sfera.az SSRİ-nin ən qalmaqallı liderlərindən olan Mixail Qorbaçovun hakimiyyətə gəlişinin təfərrüatlarını təqdim edir.
 
1980-ci illərin əvvəllərində Leonid İliç Brejnevin səhhətində yaranan ciddi problemlər, baş katibin özünü idarə edə bilməməsi Kremldə hakimiyyət uğrunda mübarizənin qızışmasına səbəb olub.
 
Varis məsələsində Brejnev Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Şerbitskiyə üstünlük versə də, uzun illər paytaxt Moskvada, Kreml kabinetlərində kök salan məmurlar bu planın gerçəkləşməsinə imkan verməyiblər.
 
Baş katib kürsüsü uğrunda mübarizə 1982-ci ilin yanvar ayından sonra açıq müstəviyə keçib. Belə ki, partiya xətti ilə ölkədə ikinci şəxs sayılan, Mərkəzi Komitənin ideologiya üzrə katibi Suslovun vəfatından sonra onun yerinə göz dikənlərin mübarizəsi intensivləşib.

Qeyri-rəsmi ənənəyə görə, baş katib vəzifəsinə keçid üçün Mərkəzi Komitə katiblərinin şansları nazirlərdən daha çox olub. Bu məqsədlə xarici işlər naziri Andrey Qromıko Xarici İşlər Nazirliyindən Mərkəzi Komitəyə transfer olması üçün ciddi cəhdlər edib. Olduqca qapalı şəxs sayılan Qromıko bu məsələdə özünə tərəfdarlar toplamaq üçün DTK sədri Yuri Andropovla məsləhətləşmək qərarına gəlib. Ancaq diplomatın ağlına gəlməyib ki, Andropov özü Suslovun kürsüsünə göz dikib.
 
İkilikdə keçən görüş Qromıkonun "məğlubiyyəti” ilə yekunlaşıb. Andropov Qromıkoya məsləhət görüb ki, o, ölkəyə xarici işlər naziri kimi daha çox xeyir verə bilər.  Səhərisi gün Siyasi Büronun iclasında Mərkəzi Komitəyə katib məsələsi müzakirə olunub. Andropov səs çoxluğu ilə Suslovun yerinə, Mərkəzi Komitənin katibi seçilib.



Siysi Büronun bütün üzvləri yaxşı anlayıblar ki, Brejnevin ömrünə az qalıb və elə baş katibin ömrünün son aylarında Kremldə gələcək hakimiyyət üçün qruplaşmalar yaranıb. İddialılar arasında Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi (sonralar Mərkəzi Komitənin katibi) Qriqori Romanov, Moskva şəhər Partiya Komitəsinin birinci katibi Viktor Qrişin, Mərkəzi Komitənin katibi Konstantin Çernenko, o cümlədən Andropov və Qromıko özlərinə daha inamlı olublar.
 
1982-ci ildə Brejnevin vəfatı ilə bağlı Siyasi Büro üzvlərinə məlumat veriləndə baş katibin bağ evinə ilk gələnlərdən biri Andropov olub və o, Brejnevin bağ evindəki iş otağından heç kimlə məsləhətləşmədən baş katibin "məxfi” potfelini götürüb. Sonralar məlum olub ki, Brejnev həmin portfeldə Siyasi Büro üzvləri ilə bağlı üzə çıxarılması məqsədəuyğun sayılmayan sənədləri saxlayıb.
 
Dəfn mərasiminə hazırlıq getdiyi saatlarda SSRİ-nin müdafiə naziri Dmitri Ustinov, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov, SSRİ xarici işlər naziri Andrey Qromıko və Mərkəzi Komitənin katibi Konstantin Çernenkonun qeyri-rəsmi görüşü keçirilib. Görüş zamanı Qromıko açıq şəkildə baş katib seçilmək iddiasında olduğunu söyləyib. Tixonov Qromıkonun baş katib olmasını dəstəkləyib. Ustinov isə baş katib kürsüsünə Andropovun seçilməsini məqsədəuyğun sayıb və marşalın təşəbbüsü qəbul edilib. Beləliklə, plenumda Andropov SSRİ-nin birinci şəxsi seçilib.



Təyinatın yeni olmasına baxmayaraq, hakimiyyət uğrunda mübarizə səngiməyib və bu mübarizədə Kreml "qoca”ları haqlı olublar. Çünki Andropovun hakimiyyəti cəmisi 15 ay davam edib.
 
Andropvla Qromıkonun arasında soyuq münasibətlər hökm sürsə də, yeni baş katib xarici işlər nazirinə yüksək vəzifə təklif edib. Andropov Qromıkonu SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində görmək istəyib. Sabiq DTK "şef”i beynəlxalq müstəvidə kifayət qədər böyük nüfuza sahib olan Qromıkodan istifadə etmək məqsədi güdüb. Qromıko bu təklifdən imtina edib. Sonralar yazdığı memuarlarında o, bu təklif haqqında fikirlərini aşağıdakı kimi bölüşüb:
"Andropov məndən istifadə etmək istəyirdi. Xarici əlaqələrin tənzimlənməsi üçün mən ona lazım idim. Bunu anlayaraq təklifi rədd etdim...”

Andropovun vəfatından sonra Qromıkonun birinci kürsüyə sahib olmaq məsələsi yenidən gündəmə gəlib. Bu dəfə də Siyasi Büroda əsas söz sahiblərindən biri olan marşal Ustinov Qromıkonun qarşısına "kötük itələyərək” Çernenkonun namizədliyini irəli sürüb və Konstantin Çernenko birinci kürsüyə əyləşib.



13 aydan, Çernenkonun vəfatından sonra  Qromıkonun baş katib olması üçün növbəti şansı yaranıb. Amma bu dəfə o, mübarizəyə qatılmayıb. Bəlkə də, Qromıko buna cəhd etmək istəyib. Amma yəqin ki, özündən yaşca kiçik və daha enerjili olan Qorbaçovun, Romanovun və Qrişinin vəzifə "ehtiras”larını görəndə geri çəkilməyə qərar verib. Amma təbii ki, Qromıko Kremldə gedən proseslərdən kənarda qalmayıb. O, iddialılardan kimisə müdafiə etməyi özünə bors bilib. Bu borcunu isə o, Qorbaçova verib. Daha dəqiq ifadə etsək, Qorbaçov öz hiyləgərliyi ilə Qromıkonu özünə tərəf çəkə bilib.

Çernenkonun vəfat etdiyi günün axşamı Qorbaçov Qromıkoya zəng edərək onunla görüşmək istədiyini bildirib. Bağ evində olan Qromıko Qorbaçovun görüş xahişini yerə salmayıb. Axşamdan xeyli keçmiş onlar görüşüblər. İki saatdan artıq çəkən görüşdə tərəflərin sövdələşməsi baş tutub. Sövdələşməyə görə, Qromıko Qorbaçova səs vermək öhdəliyini götürüb, Qorbaçov isə baş katib olduqdan sonra Qromıkonun SSRİ Ali Soveti Rəyasət Heyətinə sədr vəzifəsinə gətiriləcəyini vəd edib.



Bununla da, sövdələşməyə uyğun olaraq Qorbaçov Qromıko da daxil olduğu "müdafə” qrupunun səyi nəticəsində baş katib vəzifəsinə seçilib. Eyni zamanda Qromıkonun SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kürsüsündə əyləşməsini də Qorbaçov verdiyi sözün üstündə duraraq təmin edib.

Sözsüz ki, Qorbaçov köhnə komandadan heç kimi siyasi elitada saxlamaq istəməyib və onları bir-bir Kremldən təmizləyib. Nəhayət, növbə Qromıkoya da çatıb. Ən yaxşı bəhanə isə struktur dəyişikliyi olub. Belə ki, yeni struktur layihəsinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin adının dəyişdirilərək SSRİ Ali Soveti qoyulamsı və Ali Sovetiə hakim partiyanın, Kommunist Partiyasının rəhbərinin başçılıq etməsi nəzərdə tutulub. Qanun layihəsi qəbul olunub. Beləliklə də, Qromıko tutduğu vəzifədən avtomatik olaraq "təbii” yolla uzaqlaşdırılıb.

Qarşıda isə ölkəni daha ciddi və mürəkkəb siyasi hadisələr gözləyib, baş ofisi Kreml olan SSRİ süquta doğru iri addımlala irəliləyib...
 
İlham Cəmiloğlu
Sfera.az
 
 
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...