Mexelen polisi: İtkin azərbaycanlının meyiti su kanalında tapıldı

Mexelen polisi: İtkin azərbaycanlının meyiti su kanalında tapıldı
Belçikada bir müddət əvvəl axtarışda olan Azərbaycan vətəndaşı Vüqar Rzanın meyiti yaşadığı qaçqın kampının yaxınlığındakı su kanalında tapılıb.

Sfera.az xəbər verir ki, Mexelen Şəhər Polis İdarəsindən əldə edilən məlumata görə, mərhumun meyiti təxminən 3 metr dərinliyi olan kanalın beton plitələrinə ilişmiş formada aşkarlanıb.

Məhkəmə tibbi ekspertizasının ilkin qərarında onun hər hansı bir fiziki zərbəyə məruz qalmadığı qeyd olunub. Bədəninin şişməsi və göyərməsi isə suda uzun müddət qalması ilə əsaslandırılıb.

Polisdən bildirilib ki, hazırda cinayət işi ilə bağlı istintaq davam edir.

Məlumat üçün qeyd edək ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gəlib və bu ölkədən sığınacaq istəyib. (Report)


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...