Metyu Brayza: "Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi əhəmiyyətlidir" - VİDEO

Metyu Brayza:
"Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi region üçün böyük əhəmiyyət kəsb edən məsələdir”. 
Bu fikirləri "Report”un Davosa ezam olunmuş müxbirinə Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nın açılışı zamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ-ın dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza (Matthew Bryza) bildirib.
"Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nın əhəmiyyəti olduqca böyükdür. Platforma zamanı Əfqanıstan, Orta Asiya ölkələri də daxil olmaqla Böyük Xəzər regionu ölkələrinin iqtisadi, ticarət perspektivlərinin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Tədbirdə region ölkələri hökumətlərinin dəstəyi ilə əməkdaşlığın gücləndirilməsi kimi vacib mövzulara toxunulacaq. Lakin fikrimcə, burda ən əhəmiyyətli olan məsələ Xəzər regionunda Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi məsələsidir. Platforma zamanı mən bu məsələ ətrafında öz fikirlərimi və təcrübəmi bölüşəcəyəm. Bu mövzu mənə çox yaxındır və məni 20-25 il bundan əvvəllərə qaytarır. Yadıma düşür ki, biz Azərbaycan hökuməti, Heydər Əliyev, neft şirkətləri ilə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri layihəsi üzərində necə işləyirdik. Bu platforma yaradıcı fikirlərin, qlobal ideyaların platformasıdır".
Qeyd edək ki, Davosda işinə başlayan sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində dalbadal dördüncü dəfə Xəzər regionunun potensialını tanıtmaq, buraya sərmayə cəlb etmək məqsədilə "Caspian Week" forumu təşkil edilir.
"Caspian Week" forumunu hər il keçirmək fikri Dünya İqtisadi Forumunun üzvü olan İsveçrənin "İntegral Petroleum SA” şirkəti tərəfindən 2017-ci ildə irəli sürülüb. Həmin vaxtdan forum hər il uğurla həyata keçirilir.
"Caspian Week" forumunun başlıca məqsədi Böyük Xəzər Regionu (Xəzər və Qara dəniz hövzələrinin ölkələri) ilə Avropa arasında iqtisadi, mədəni, təhsil, elmi əlaqələri genişləndirmək, habelə adı çəkilən regiona sərmayələri, rəqəmsal və s. yeni texnologiyaları cəlb etməkdən ibarətdir. Builki forumda Gürcüstanın Baş naziri Giorgi Qaxaria, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, İsveçrə parlamentinin keçmiş prezidenti Felipe Lombardi, Əfqanıstanın İqtisadiyyat naziri Mustafa Məstur, Rusiyanın Almaniyadakı keçmiş səfiri Vladimir Kotenev, A+A şirkətlər qrupu prezidentinin Qazaxıstan və Azərbaycan üzrə müşaviri Andreas Baumqartner, "Fiat” şirkətinin keçmiş prezidenti Baber Badat kimi nüfuzlu şəxslər nitq söyləyəcəklər.
 


OXŞAR XƏBƏRLƏR

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...