Metroda nikaha icazə verildi - Gecə saatlarında...

Metroda nikaha icazə verildi - Gecə saatlarında...
Rusiyanın paytaxtı Moskvada bələdiyyə sədrininin müavini Anastasiya Rakova metroda nikaha girməyin mümkün olduğunu açıqlayıb. 
 
Sfera.az xəbər verir ki, bələdiyyə sədri bundan sonra nikahların metronun "Mayakovski" stansiyasında və "Reçnoy vokzal" metrostansiyasında baş tuta  biləcəyini qeyd edib.

"2019-cu ildən bəri Moskvada, ən fərqli və ən gözəl yerlərdə evlənmək layihəsi fəal şəkildə inkişaf etdirilib. Məkanların siyahısı daim yenilənir. Bu il yeni bir layihəyə başlamağa qərar verdik. Belə ki, nəqliyyat sektoruna aid yerlərdə də toy etmək mümkün olacaq. Bu il ilk toy "Reçnoy vokzal" və "Mayakovski" metro stansiyasında keçiriləcək", - deyə A.Rakova bildirib.

Bələdiyyə sədri son iki ildə 13 mindən çox cütlüyün bu cür fərqli şəkildə evləndiyini bildirib.

Qeyd edək ki, Mayakovski metro stansiyasında toy mərasimlərinin sərnişin axınına mane olmamaq üçün gecə keçirilə biləcəyi bildirilir.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...