Metroda korona xəstəsi saxlanıldı - FOTO
18:09 / 19.10.2021
1333
Metronun "Koroğlu" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
Sfera.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Rövşən Abdulov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.