No Image
No Image

“Metro açılmayacaq, toylara da icazə verilməyəcək” – AÇIQLAMA

“Metro açılmayacaq, toylara da icazə verilməyəcək” – AÇIQLAMA
"Bir neçə dəfə gündəmə gətirdim: Əhali zülüm çəkir. Metronu açın, toylara icazə verin, idman zallarını açın! Əminəm ki, pandemiya rejiminin tələblərini insanlar pozmayacaqlar. Belə anlaşıldı ki, metro açılmayacaq. Toylara da icazə verilməyəcək. İdman zalları da açılmayacaq”.


Sfera.az-ın xəbərinə görə  bildirir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, əslində bunlar çox sadə məsələdir: "Ancaq mürəkkəbləşdirmənin səbəbi var. Bilirsiniz niyə? Operativ Qərargah deyilən mifik bir yerdə vətəndaşların durumunu, ölkədə gerçək vəziyyəti, insanların psixoloji sarsıntısını anlayacaq dünyagörüşünə, təcrübəyə sahib mütəxəssis sıxıntısı var. Demək heyvandarlıqla məşğul olan bir sahibkar təsərrüfatında xəstəliyin profilaktikası üçün xaricdən mütəxəssis dəvət edib ki, gəlib mümkün təhlükənin qarşısını alsın. Xarici vətəndaşın gəliş-gedişinə Operativ Qərargah icazə verməlidir. Rəsmi qaydada müraciət edib icazə üçün Operativ Qərargaha. Bu Qərargahın da təsərrüfat nədir, sahibkar nədir bilməyən, isti otaqda oturub vaxında maaşını alan bir sektor müdiri müraciətə cavab verib ki, pandemiya şəraiti olduğuna görə həmin mütəxəssisin gəlməsinə icazə verilmir. Yəni hörmətli Hacıbala müəllimin işlətdiyi məşhur ifadə vardı ha, təqribən onun kimi bir məntiqə dayanan cavab. Bakının keçmiş meri necə deyirdi: "Sizi əmin edirəm ki, Bakı Azərbaycanın paytaxtıdır!” Cavabın unikallığına baxın, pandemiya şəraiti olmasaydı, sahibkarın nəyinə lazım idi sizə müraciət etsin? Ölkədə prezident sahibkarların çətin vəziyyətdə olduğunu nəzərə alıb dövlət büdcəsindən onlara yardım edilməsi üçün göstəriş verir, sahibkarlıq subyektlərinin yoxlanılmasının bir il də irəliyə qadağan olunması barədə qanun layihəsini parlamentə göndərir, buradakı məmur isə iş adamına necə ziyan vurum, vətəndaşın işini necə çətinləşdirim deyə ürəyi istədiyi addımı atır. Kimə anladasan, nəyi izah edəsən?”/Sozcu.az/

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir -VİDEO

Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 29-cu ildönümü qeyd olunur. 1992-ci ildə Müdafiə nazirinin əmri ilə yaradılan bu qurum çətin və şərəfli yol ke...

Azad Rəhimovun icra başçısı olan qudası şəhid anasına qarşı kobudluq etdi

"Vətən Müharibəsinin beş ayı tamam olmamış bizə şanlı qələbə qazandırmış şəhidlərimizin valideynləri, əsgər və zabitlərimiz artıq unudulmaqdadırlar. Bəzi ra...

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər K...

Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq

Qubada Azərbaycan-Türlkiyə qardaşlıq parkı salınacaq, bunu Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) nümayəndə heyəti ilə görüşü zamanı Quba İcra Hak...

““Media haqqında” yeni qanun layihəsi hazırlanıb” - Hikmət Hacıyev

""Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib". Sfera.az xəbər v...

Könül Nurullayeva sakinlərin problemləri ilə maraqlandı - FOTOLAR

Millət vəkili Könül Nurullayeva səyyar görüş zamanı 15 saylı avtobus xəttinin fəaliyyəti ilə bağlı sakinlərin müraciətləri ilə maraqlanıb. Sfera.az bildir...