Mətbuat Şurası Rövşən Cahangirovla bağlı məlumat yaydı

Mətbuat Şurası Rövşən Cahangirovla bağlı məlumat yaydı
Mətbuat Şurası Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun jurnalistlərə hücumu ilə bağlı məlumat yayıb.

Sfera.az xəbər verir ki, məlumatda bildirilir ki, Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən Baku TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir:

"Media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır. Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşayiət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır.

Azərbaycan Mətbuat Şurası Baku TV-nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır.

Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün Baku TV əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümid edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...