Məsut Özil "Fənərbaxça"ya keçir?

Məsut Özil
 

Mesut Özil karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sfera.az  xəbər verir ki, Super Liqa təmsilçisi "Fənərbaxça" "Arsenal"a lazım olmayan futbolçunun xidmətində maraqlıdır.

 

İstanbul klubu qış fasiləsində Almaniya millisinin sabiq üzvünün keçidini həll etmək istəyir. "Sarı-lacıvərdlilər" 30 yaşlı yarımmüdafiəçini icarəyə götürmək üçün "topçular"la danışığa başlayıb. Bu mövsüm Premyer Liqada cəmi 1 oyunda iştirak edən futbolçu özü də ayrılmaqda qərarlıdır.

 

Özilin "Arsenal"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.


OXŞAR XƏBƏRLƏR