Məsut Özil ayrılıq iddialarına nöqtə qoydu

Məsut Özil ayrılıq iddialarına nöqtə qoydu
 

"Arsenal"dan ayrılacağı iddia edilən Məsut Özil "The Athletic"ə açıqlama verib.

 

Sfera.az xəbər verir ki, Türkiyə əsilli futbolçu müqaviləsinin sonuna kimi London klubunda qalacağını deyib:

 

"Yeni müqavilə imzalayanda çox düşünmüşdüm. Futbol karyeramın ən önəmli qərarlarından biri olduğunu bilirdim. Məqsədim iki il deyil, gələcəyimi "Arsenal"a həsr etməkdir. Klub da bunu istədi. Çətin zamanlar keçirə bilərsiniz. Bu, sizin qaçmağınız üçün səbəb olmamalıdır. Ən azı 2021-ci ilə qədər burdayam, getmirəm".

 

31 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 1 oyun keçirib.


OXŞAR XƏBƏRLƏR