No Image
No Image

Məşhurların yeni Mədəniyət nazirindən gözləntiləri - SORĞU

Məşhurların yeni Mədəniyət nazirindən gözləntiləri - SORĞU

Dekabrın 5-də prezident İlham Əliyevin sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.


Maraqlıdır yeni nazirin gəlişi mədəniyyət sahəsində müsbət dəyişikliklərə səbəb olacaqmı? Tanınmış mədəniyyət xadimlərinin yeni nazirdən gözləntiləri nədir?


Sfera.az mövzu ilə bağlı sorğu keçirib.

 

Xalq artisti, xanəndə Alim Qasımov bu seçimin mədəniyyət sahəsində uğurlu başlanğıca səbəb olacağını düşünür:



"Anar müəllim mədəniyyət sahəsində yetəri qədər təcrübəli şəxsdir. Mən onunla Fransada beynəlxalq tədbirdə tanış olmuşdum. Son dərəcə diqqətcil və savadlı biridir. Gənc olmasına baxmayaraq, mənə elə gəlir ki, mədəniyyət sahəsində müsbət dəyişikliklər edəcək. İnanıram ki, bir çox çatışmamazlıqları aradan qaldıracaq. Fəaliyyətində uğurlar arzulayıram ".


Xalq artisti, muğam ifaçısı Mələkxanım Əyyubova mədəniyyət işçilərinə layiqli qiymət verilməsini istəyib:



"Şəxsi tanışlığımız olmasa da, ümid edirəm ki, mədəniyyət sahəsində nələrsə edə biləcək, müsbət dinamikaya nail olacaq. Bu sahədə olan hər kəsə düzgün qiymət verilməyini istərdim. Ümid edirik ki, gözləntilərimiz illərlə davam etməz . Adətən hər gələn nazirdən bunu gözləyirik, ancaq illər bu minvalla keçib gedir. Arzu edirik ki, Anar müəllim bu məsələlərdə ədalətli olar və düzgün seçim edər ”.

 

Əməkdar artist, aktrisa Mehriban Xanlarova gözləntilərinin böyük olduğunu söyləyib:



"Əvvəla sevinirəm ki, bizim də nazirimiz təyin olundu. Çoxdan gözlədiyimiz məqam gəlib çatdı. Hesab edirəm ki, hər şey yolunda gedəcək. Müsbət dəyişikliklərin olacağına inanıram. Konkret müsbət dəyişikliklərə gəlincə isə bunu teatrlarımız fəaliyyətə başlayanda görəcəyik”.

 

Jalə Mehdi

Sfera.az

 

 

 

 

 

 

 

 

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir - Tələ yoxsa...?

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. "Yeni Müsavat”ın xəbə...

ABŞ-da ermənipərəsət konqresmenlər fəallaşdı: "Dağlıq Qarabağın müstəqilliyi tanınsın"

"Erməni lobbisinin maliyyələşdirdiyi amerikalı konqresmenlər fəallaşıblar".     Sfera.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rə...

“Putinin yaxın ətrafı, rusiyalı oliqarxlar və...” – Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar

Avropa Birliyi Parlamenti yeni antirusiya sanksiyaları ilə bağlı çağırış edib. Avropa Parlamentinin iclasında iştirak edən 675 deputatdan 581-nin dəstə...

Təhsil naziri brifinq keçirir - Canlı yayım

Təhsil Nazirliyi koronavirus pandemiyası zamanı ölkədə tətbiq edilən karantin rejimi çərçivəsində təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı brifinq keçirir.&n...

Toylara icazə verilməlidir – Sosioloq doğum sayındakı kəskin azalmanın fəsadlarından danışdı

Sosioloq Əhməd Qəşəmoğlu: "Nikahların sayının azalması demoqrafik göstəricilərə təsir edəcək, ölkəyə miqrantlar axın edəcək ki, bununla da etnik tərkib dəyişə...

Şəhidlər Xiyabanındakı şəkil “Guardian”da günün FOTOsu oldu

Ötən gün Bakıdakı Şəhidlər Xiyabanında çəkilən şəkil Böyük Britaniyanın "Guardian” nəşrinin günün fotoları sırasında yer alıb.   Sfera.az xəbər verir ki,...