Məşhur yarışmada Azərbaycanla bağlı maraqlı sual - FOTO
12:06 / 04.12.2021
814
Türkiyədə keçirilən "Kim milyoner olmak ister?" yarışmasına Azərbaycanla bağlı sual damğa vurub.
Sfera.az yazır ki, iştirakçılardan birinə "Hansı Azərbaycan dilində "milyoner" deməkdir"- sualı ünvanlanıb.
Cavablarda isə "milyonman", "milyonbaz", "milyonçu" və "milyonov" bəndləri yer alıb.
İştirakçı isə yanlış cavab seçərək "milyoner"in Azərbaycan dilində qarşılığının "milyonov"olduğunu iddia edib.
Sözügedən görüntü sosial şəbəkələrdə xeyli insan tərəfindən paylaşılıb.