Məşhur türkiyəli repçi Rəmişlə bağlı paylaşım etdi - FOTO
15:09 / 06.04.2021
1148
Türkiyənin məşhur rep ifaçısı Ezhel (Ömer Sercan İpekcioğlu) ötən gün dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynovla (Rəmiş) bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, o, 2 milyona yaxın izləyicisi olan instaqram hesabında Rəmişin ifasını paylaşaraq sənətçinin ölümündən kədərləndiyini qeyd edib:
"Rəmiş babanı ilk dəfə yutubda tanıdım, daha sonra gitaraya heyran oldum. Təəssüf ki, onu itirdik. Ruhu şad olsun”.